Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə53/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   49   50   51   52   53   54   55   56   ...   105
«Vəsm» (ﺍﻟﻭﺳﻡ) – «əlamət» Allahın öz məxluqlarını elminin əvvəlində istədiyi şeylə, istədiyi kimi işarələməsi və damğalamasıdır, [o] heç vaxt dəyişmir və heç kim bu elmi anlamır. Əhməd b. Əta deyir: «Qəbul və rədd edilmişlərin iki əlaməti məlumdur, çünki hər ikisi əbədidən əzəliyə qədər davam edən iki keyfiyyətdir».

«Ruh» (ﺍﻟﺭﻭﺡ) və «ruhlanma» (ﺍﻟﺗﺭﻭﺡ) həqiqət əhlinin ürəyinə əsən mehdir. [Ürəklərin] böyük diqqətlə daşıdığı şeyin ağırlığının yorğunluğundan ruhlanmasıdır. Yəhya b. Müaz deyir: «Hikmət Allah-Təalanın ariflərin ürəklərinə göndərdiyi qoşunlardandır və bununla dünya atəşini soyudur». Bir başqa dəfə isə: «Ruh Qüdsdə öz mövlası ilə məşğul olan Allahın dostudur», – söyləyir. Süfyanın fikrincə: «Ariflərin qəlblərinin həcmi səma bağları qədərdir ki, onun hüdudlarından kənarda Rəbbin pərdələri başlayır. [Bağın] meyvəsi Allahla yaxınlığın ünsiyyətinin havasından yetişir».


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin