Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə56/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   52   53   54   55   56   57   58   59   ...   105
«İxtibar» (ﺍﻹﺨﺗﺒﺎﺭ) – «sınaq» Haqqın öz sadiq qullarını sınağa çəkməsidir. Bununla seçilmişlərin məqamını qaldırır, imtahanla onların sədaqətini üzə çıxarır, Onun möminlər üzərindəki dəlillərini isbatlayır və bununla müridləri tərbiyə edir.

Peyğəmbərin (s) belə dediyi rəvayət edilir: «Sınasan, küsdürərsən», yəni sevdiyin birini imtahan etsən və içində olduğu halının səmimiliyini imtahanla meydana çıxarsan, o küsər.



«Bəla» (ﺍﻟﺒﻼﺀ) Haqqın öz qulunu onun halının həqiqətində mübtəla etdiyi ilə imtahan etməsinin zühurudur. Bu, ona gələn əzabdır. Əbu Məhəmməd Cüreyri deyir: «İnsan bəla ilə olar».

Peyğəmbərin (s) belə dediyi nəql edilir: «Biz, peyğəmbər toplusu, insanların ən çox bəlalı olanlarıyıq».

Bəla haqqında şair deyir:
«Bəlanın dairələri ətrafımda dolanır,

Görürsən, hamısı üstümə coşur?


Mən məndən savayı bir bəla görmədim,

Mənim bəlamın üstünə bəla qarışıb.


Mən bəla quyusuyam, mənim bəlam

Üzərindəki bəlaları qucaqlayır.


Ey bəla, üzərindəki bəlam artır,

Rəbbim, ona rəhmli və malik ol.


Ey bəlalara yardımçı, mənə bəlamda

Yardım et, bəla mənim üzərimdə bir atəşdir».



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin