Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə59/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   55   56   57   58   59   60   61   62   ...   105
«əl-Həmm» (ﺍﻟﻬﻡ) – «qayğı» bütün qayğıları cəmləşdirən qay­ğıya işarətdir. Əbu Səid Xərraz deyir: «Bütün qayğılarını Al­lah-Təalanın qarşısında topla». Bu sözləri də ona aid edirlər: «Qu­lun qayğısı gərək Onun ayaqları altında olsun», yəni nə keçmiş, nə gələcək halına baxmadan öz vaxtında Onun vaxtı ilə olsun.

«Baxış» (ﺍﻟﻟﺣﻆ) mənbəyə olan imandan yəqinliyin artması ilə qəlblərin onlara agah olanlarla gördüklərinin aşkarlanmasına işarətdir.

Rüzbari deyir:


«Onu gördüm və o da məni baxışlarında gördü,

Onun mənası ilə gördüklərimdən uzaqlaşdım.


Mənım əzmim gizli lütflə rastlaşdı,

Mənşəyi olmayan bir yerdə məskunlaşdı.


Heç kimə bir marağım, bir biliyim yox,

Təsəlli tapıb unudacağım rahatlıq da yox.


Allah bilir ki, mən Onu zikr etmirəm,

Mən onu necə zikr edim, Onu unuda bilmirəmsə?»



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin