«Məhq» (ﺍﻟﻣﺣﻕ) – «tələf etmə» məhvlə eyni mənadadır, lakin tələf etmə daha geniş mənalıdır. Çünki o, məhvdən daha sürətlidir.
Birisi Şiblidən soruşur: «Səni niyə belə narahat görürəm? O, səninlə deyil, ya sən Onunla deyilsən?», Şibli cavab verir: «Mən onunla olsaydım, məndən yan ötərdi, lakin mən Ona nisbətdə yoxam (məhv olmuşam)», yəni məndən, mənimlə, mənə aid bir şey yoxdur, hər şey Ondandır, Onun üçündür.
Şair dediyi kimi:
«Hər bir şey Onun üçün, Onunla və Ondandır,
Bəs mənim üçün olan hardadır ki, Ondan üstün bilim, dil sussun?»
«Əsər» (ﺍﻷﺛﺭ) – «iz» itmiş şeydən qalan əlamətdir. Birisi deyir: «Nəzərdən məhrum olan izlə ünsiyyətdə olar. İzin yoxlugundan zikrlə məşğul olar». Şair deyir:
«Sizdən məndə bir iz yoxdur,
Sizdən bir xəbər eşitmirəm».
Deyirlər ki, bəzi şahların sarayında belə yazılırmış:
«Bizim izlərimiz bizə dəlalət edər,
Bizdən sonra izlərimizə baxın».
Xəvvas izin mənası və xüsusi tövhid barədə belə deyir: «[Bu], Nəfslərində olan şeylərin izlərini tərk etməklə bütün şeylərdə Allah-Təalanı fərdiləşdirməkdir».
Şair deyir:
«Əgər sənsiz olsam, Çin dənizi qarşımda olsa,
Onu izi itən şərab kimi içərəm».
Dostları ilə paylaş: |