«Üsul» (ﺍﻷﺻﻭﻝ) – dinin üsulu tövhid, mə‘rifət, iman, yəqinlik, sidq və səmimiyyətdir.
«Fər‘» (ﺍﻟﻓﺭﻉ) – «törəmə» əsldən artıq olan şeydir. Törəmədən artıq olana isə əsl adı verilir.
Əsl – törəmə olan artımların dəlilidir, törəmə olan artımlar isə üsuldur. Əsl hidayət, tövhid, mə‘rifət, iman, sidq, səmimiyyətdir. Onların artması hidayətin artması ilə olur. Hallar, məqamlar, əməllər, itaətlərin artması və onların törəmələri «üsul» adlanır.
Əmr b. Osman Məkki deyir: «Üsulu qəbul etməyimiz nöqsanımızda, imandan sonra inkarımızda əleyhimizə dəlildir».
Alimlərdən biri belə söyləyir: «Allah-Təalanın rəsulunun dəvət etdiyi şey əsldir. Bu əsldən artıq olan isə əslə geri dönən törəmədir».
Dostları ilə paylaş: |