«Təhəlli» (ﺍﻟﺗﺣﻟﻲ) – «bürünmək» libasa girmək, hərəkətləri, əməlləri ilə sadiqlərə bənzəməkdir. Peyğəmbərin (s) belə dediyi nəql edilir: «Bürünməklə (şəkilə düşməklə) və təmənna ilə iman olmaz, O, qəlbdə yerləşən və əməllərlə təsdiqlənən şeydir».
Şair yazır:
«Özünə aid olmayan bir şeyə bürünəni
İmtahanın nəticələri kəsər».
«Təcəlli» (ﺍﻟﺗﺟﻟﻲ) – «görünmək» (aşkarlanmaq) Allaha yönələnlərin qəlblərinə Haqqın yönəliş nurlarının saçılmasıdır.
Nuri deyir: «O, öz yaratdığı üçün yaratdığı ilə təcəlli edir və Onun xəlqindən pərdələnməsi də xəlqi ilədir».
Allah-Təalanın: O gün qarşılıqlı itirmə və mükafatlanma günüdür (Qiyamət günü) (Quran 64/9) ayəsi barədə Vasiti bildirir: «Haqq əhlinin aldanma və mükafatlanması onların fənası, gördükləri və təcəlliləri qədərdir».
Yenə Nuri söyləyir: «Onun təcəllisi ilə gözəlliklər gözəlləşər və yaxşılaşar. Onun pərdələnməsi ilə pisləşər və kifirləşər».
Şair yazır:
«Ondan qəlbinə nur təcəlli etdi,
Onunla zülmətlərdən qurtuldu».
Dostları ilə paylaş: |