«Əbədi» (ﺍﻷﺒﺪ) və «əbədiyyət» (ﺍﻷﺒﺪﻳﺔ) Allah-Təalanın vəsflərindəndir. Əzəli və əbədinin arasındakı fərq budur ki, əzəliyyətin başlanğıcı, əvvəli yoxdur, əbədiyyətin isə sonu və nəhayəti yoxdur.
Vasitidən əbədi barədə soruşarkən belə cavab verir: «Sayın kəsilməməsinə və sonsuzluqda vaxtın yox olmasına işarətdir».
Vəsm (əlamət) və rəsm əzəlidə cərəyan edən və əbədidə davam edən iki sifətdir.
Birisi deyir: «Əzəli, qıdəm və əbədi əhədiyyətin həqiqətində uca deyillər, çünki onlar Onu xəlqinə xəlqi ücün tanıdan işarət və ibarələrdir».
Şiblinin belə söylədiyi nəql edilir: «Var olan, məkansız, zamansız, vaxtsız, izsiz, əbədisiz, əzəlisiz, əvvəlsiz, sonsuz olana sübhan olsun. O, əşyaları yaratma halındadır, amma onlarla məşğul deyil, onlara möhtac deyil, onlara etdiyi bütün hökmlərində ədalətlidir».
Əmr b. Osman Məkki isə: «Səmədə (əbədiyə), əzəlidə qədim olana, əbədinin sonsuzluğunda başlanğıcı olmayana sübhan olsun», – deyə dua edir.
Dostları ilə paylaş: |