«Zövq» (ﺍﻟﺬﻭﻕ) şirbin başlanğıcıdır.
Zu‘n-Nun deyir: «Allah öz məhəbbətindən bir qədəh içirmək istəyəndə onun ləzzətini hiss elətdirib, şirinliyini daddırır.
Bu barədə biri söyləyir:
«Deyirlər: o itirib. Sevgilinin fərağının
Dadını bilməyən heç onu itirə bilməz».
«Ayn» (ﺍﻟﻌﻳﻥ) – «mənbə» (göz) əşyanın izhar olduğu zatına işarətdir.
Vasiti deyir: «Bir qrup kəlamın qaynağının haradan olduğunu bildi və mənbəyə çatdı. Düşüncə və istəklərlə zəngin oldu».
Cüneyd bildirir: «Əbu Yəzid Bistaminin hekayətləri ona dəlalət edir ki, o, ayn əl-cəmə çatmışdır».
Dostları ilə paylaş: |