Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə94/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   90   91   92   93   94   95   96   97   ...   105
«Ğeyn» (ﺍﻟﻐﻳﻥ) – «dalğınlıq» təsviri çox, özü isə zəif xəbərdir. Peyğəmbərin (s) belə dediyi rəvayət edilir: «Bəzən qəlbimə bir dalğınlıq gəlir. Allaha sığınıram və gündə yüz dəfə bundan tövbə edirəm». Bəziləri bunu: «Dalğınlıq Peyğəmbərin (s) qəlbinə gələndir və o, ondan tövbə etmişdir. O, bir güzgüyə bənzəyir ki, ona baxan ona hovxurarsa, onun işığında nöqsan yaranar, sonra işığı yenə qayıdar», – deyə izah edir.

Bir qrup isə deyir: «Bu, inanılmazdır, çünki Peyğəmbərin (s) qəlbinə yaradılmış bir günah girə bilməzdi, çünki onun (s) görüntüləri də seçilmiş olmuşdur».

Allah-Təala buyurur: Könül gördüyündə aldatmadı (Qu­ran 53/11). Heç kim Peyğəmbərin (s) qəlbinə bir vəsflə, yaxud key­fiyyətlə, bir şeyə bənzətməklə, yaxud bu cür misal gətirməklə hökm verə bilməz, gizli və ya açıq bir zəifliyini bəyan edə bilməz.

Əbu Əli Rüzbari:


«Dalğınlıq qəlbin şübhəsini öyrənməyə qoymur,

Qəlb Haqqa bürünərsə, onun (dalğınlığın) dərdindən uzaq olar.


Onların görüntüsü Haqqın üstünlüyü ilə görünərsə,

Dalğınlaşmanın ağırlığını yan edər.


Lakin mən dedim ki, onun görünən parıltıları

Ümid verəndən onun ümidinə bir diqqətdir.


Onun örtüyü müvafiqlik mənasındadır,

Qəlblərin dalğınlıqdan aydınlanması ona dözməkləridir».



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin