Şərti müsbət rəy – məhdudiyyət olan rəydir. Məhdudiyyət bu və ya digər xüsusiyyətin və uyğunsuzluğun olmasını göstərmək lazım olduqda rəyə daxil edilir. Əgər məlumat qıtlığı və ya Azərbaycan Respublikasında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar olarsa, rəy məhdudlaşdırılır. Məhdudlaşdırılmış rəy aşağıdakıları əks etdirir:
1. Azərbaycan Respublikasında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalara dair fikri;
2. Azərbaycan Respublikasında qüvvəsə olan uçot prinsiplərindən kənarlaşmalarla razılaşmamağa dair fikri;
3. Audit prosedurlarının məhdud həcmi haqqında fikri:
4. Yoxlanmamış hesabatlar üzrə auditor rəyinin verilməsinin qeyri – mümkünlüyü;
5. Məlumatların uyğun olmaması ilə əlaqədar olaraq hesabatların düzgünlüyünü təsdiq edən auditor rəyinin təqdim edilməsinin qeyri – mümkünlüyü.
Auditor rəyində movcud şəraitdən asılı olaraq lazimi audit prosedurlarının yerinə yetirilməsinin qeyri – mümkünlüyü nəticəsində yaranan məlumatların çatışmazlığını təsvir etmək lazımdır. Bu, müxtəlif şəraitlərdə baş verə bilər. Əsas etibarı ilə bu, debitor borcunun təsdiq edilməsinin, material ehtiyatlarının mövcudluğunun yoxlanılmasının, investisiyalar haqqında məlumat alınmasının qeyri – mümkünlüyüdür. Bu problemləri alternativ proseslər yolu ilə sübutedici məlumatlar toplamaqla həll etmək mümükündürsə, onda auditor bunu edir və auditor rəyinə məhdudiyyət qoyulmamaqla müsbət rəy verir.
Əgər auditor şərti müsbət rəy verirsə və etiraz mühüm əhəmiyyət etməyən inamsızlığın mövcudluğu ilə əlaqədardırsa, onda auditor dəqiq suallar üzrə öz mülahizələrini əvvəlki arqumentlər bölməsində verilənlər əsasında ifadə edir, yerdə qalanlar üzrə isə öz mülahizələrini şərtsiz müsbət rəydə olan eyni məlumatların köməyi ilə ifadə edir.
Əgər rəyə etiraz mühüm əhəmiyyət kəsb etməyən iradın mövcudluğu ilə əlaqədardırsa, auditor bu iradı konkret hallar üzrə rəsmiləşdirir yəni öz mülahizələrini əvvəldə verilmiş arqumentlər əsasında rəsmiləşdirir, belə hallar istisna olduqda isə özünün faktlara əsaslanan mülahizələrini ifadə edir.
Auditor tərəfindən yoxlama aparılarkən aşkar edilmiş pozuntular və kənarlaşmalar ayrıca hal kimi qeyd olunur və onlar auditor rəyi tərtib olunanadək aradan qaldırılır.
Belə halda şərti müsbət rəy verilə bilər. Bunun üçün auditor qeyd edir ki, maliyyə vəziyyətinin göstəriciləri, onlarda aşkar olunmuş kənarlaşmaların müvafiq tarixə (auditor rəyinin tərtib olunduğu tarixdən əvvəl) aradan qaldırılması nəzərə alınmaqla düzgündür.
Auditor təqdim edilən arqumentlər əsasında mənfi rəy verirsə, o, rəyi göstərən ifadələrdən istifadə etməklə tərtib edir: “tələbləri təmin etmir”, “işin mövcud vəziyyətini təhrif edir”, “həqiqi təsəvvür yaratmır”, “müvafiq deyil”, “ziddiyyətlidir”.
Auditor hesabatlara dair rəy verməkdən imtina edirsə, o gətirilmiş arqu-mentlər əsasında işin vəziyyəti haqqında rəy hazırlamağın mümkün olmadığını göstərir.
Auditor rəyi iki nüsxədən ibarət tərtib edilir. Bunlardan biri sifarişçi təsərrüfat subyektinin rəhbərliyinə təqdim edilir, digəri isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.
Auditin nəticələri üzrə təsərrüfat subyektinin rəhbərliyinə auditorun yazılı məlumatı auditor fəaliyyətinin reqlamentləşdirilməsi üçün hazırlanır.
Məcburi auditin bütün hallarında auditor təşkilatları auditin nəticələri üzrə yoxlanılan təsərrüfat subyektinin rəhbərliyinə auditorun yazılı məlumatını (hesabatını) hazırlanmağa və ünvan səhibinə təqdim etməyə borcludur. Auditor təşkilatları auditin həyata kerçirilməsi gedişatında aralıq məlumat hazırlayıb şifahi və ya yazılı şəkildə verə bilərlər.
Auditorun yazılı məlumatlarında mühasibat uçotunda əhəmiyyətli səhvlərə gətirib çıxara bilən uçot qeydlərindəki, mühasibat uçotunda və daxili nəzarət sistemində nöqsanlar haqqında məlumat yoxlanılan təsərrüfat subyektinin rəhbərliyinə şatdırılması məqsədilə və təsərrüfat subyektinin mühasibat və nəzarət sisteminin təkmilləşdirilməsinə dair konstruktiv təkliflərin irəli sürülməsi qaydasında verilir.
Auditor təşkilatı subyektinin maliyyə - təsərrüfat fəaliyyətilə əlaqədar, onun mühasibat uçotunun düzgünlüyünə təsir edən və ya edə biləcək bütün əhəmiyyətli səhvləri və təhrifləri auditorun yazılı məlumatlarında göstərməyə borcludur.
Auditorun yazılı məlumatına bütün mövcud nöqsanlar haqqında tam hesabat kimi baxıla bilməz. O, yalnız auditor yoxlaması prosesində aşkar edilən nöqsanları göstərir.
Auditorun yazılı məlumatını auditi bilavasitə aparan auditorun özü və digər mütəxəssislər imzalamalıdır.
Hər bir auditor təşkilatı auditorun yazılı məlumatının hazırlanması forması üzrə vahid (firmadaxili) tələbləri işləyib hazırlamalıdır. Belə daxili tələblər müxtəlif təsərrüfat subyektləri üçün həmin sənədin səliqəli və vahid formada tərtibini təmin etməli, auditor təşkilatının rəhbəri tərəfindən təsdiq edilməlidir.
Auditorun yazılı məlumatında aşağıdakılar məcburi qaydada olmalıdır:
1. Auditor təşkilatının rekvizitləri;
2. Yoxlanılan təsərrüfat subyektinin rekvizitləri;
3. Təsərrüfat subyekti auditinin gedişatında yoxlanılan sənədlərin əhatə etdiyi dövrün göstərilməsi, auditorun yazılı məlumatının imzalanması tarixi;
4. Mühasibat uçotunun aparılmasının və mühasibat hesabatının tərtib olunmasının AR-nın qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydasının auditin gedişatında aşkar edilmiş, hesabatın dürüstlüyünə təsir edən və edə biləcək əhəmiyyətli səhvləri;
5. Təsərrüfat subyektinin mühasibat uçotunun təşkilinin və aparılmasının, müvafiq hesabatların tərtibinin və daxili nəzarət sisteminin vəziyyətinin yoxlanması nəticələri.
Auditorun yazılı məlumatında olan informasiyalar aydın, qısa, məzmunlu və dəqiq olmalıdır. Burada məcburi qaydada göstərilməlidir ki, edilən qeydlərdən hansı əhəmiyyətlidir, hansı yox, sadalanan nöqsanlar auditor rəyində olan nəticələrə təsir edir və ya etmir. Auditor təşkilatı şərti müsbət rəy verməkdən imtina etdikdə auditorun yazılı məlumatında auditoru belə fikrə gətirən səbəblər ətraflı əsaslandırılmalıdır.
Dostları ilə paylaş: |