Fatiməni Hindistanda ağladan nə oldu?
Rəqqasə Fatimə Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalın ilk günündə çıxış edib. Hazırda Hindistanda olan rəqqasə .......az-a bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır: “İlk öncə deyim ki, Azərbaycan üçün çox darıxmışam. Bu mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxışımı geridə qoydum. Festivalda hər bir xalqın çıxışından öncə ölkə barəsində qısa video-çarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış video-çarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hislər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq səhnəyə çıxıb, milli “Uzun dərə” rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı “Səma rəqs” ansamblının və 8 yaşlı tələbəsi Fatimənin və müğənni Aslan Hüseynovun çıxış etdi. Onların çıxışı da alqışlarla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə Hind rəqsini ifa etməyi də düşünürəm”.
“Göyçək” ləqəbli rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir: “Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzetlər barəmizdə xəbər dərc ediblər. İnşallah Bakıya qayıtdıqdan sonra festival barəsində daha geniş məlumat verəcəyəm.
Dostları ilə paylaş: |