1995-2000-ci illərdə BDU-nun aspiranturasında qiyabi təhsil alıb.
2000-ci il 30 iyunda «Kitabi-Dədə Qorqud» və folklor ənənələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
2004-2007-ci illərdə BDU-nun əyani doktoranturasında təhsil alıb.
2012-ci ilin iyul ayında «Türk epik düşüncəsində «Dədə Qorqud» mövzusunda yazdığı doktorluq dissertasiyası müzakirə olunub müdafiəyə buraxılıb.
2014-cü ildə dosent elmi adını alıb.
2015-ci il 29 apreldə doktorluq dissertasiyasını müdafiə edib filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
1996-2004-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının nəzdindəki „Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də kiçik elmi işçi.