Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibəti ilə 20 yaşın ölməzlik nəğməsi /metodiki vəsait



Yüklə 40,98 Kb.
tarix08.03.2020
ölçüsü40,98 Kb.
#102272


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ



Ülvi Bünyadzadənin anadan

olmasının 50 illiyi münasibəti ilə

20 yaşın ölməzlik nəğməsi

/metodiki vəsait/

ŞİRVAN-2019


Ülvi Bünyadzadə - 50
Həyat və fəaliyyəti
Ülvi Bünyadzadə 1969 – cu il sentyabr ayının 23- də Göyçə mahalının Basarkecər rayonunun Kəsəmən kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Daşkə-sən şəhərində almış, 12- 13 yaşlarından sonra, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları ilə “Daşkəsən” qəzetində çıxış etmişdir.Eyni zamanda, rayonda fəaliyyət göstərən “Qoşqar” ədəbi birliyinin üzvü olmuşdur.

1986- cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin ( indiki BDU) şərqşünas -lıq fakultəsinin fars dili şöbəsinə vermiş , imtahanlarını müvəffəqiyyətlə versə də , müsa- biqədən keçməmişdir. O, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir – tikinti idarəsində rəngsaz işləmişdir. 1987- ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dil-lər İnstitutunun ( indiki ADY) ingliş dili fakultəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal istimaliyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetlində yazıları mütamadi çap olunmuşdur. Ülvi ərəb,fars, Latın, özbək dillərində ( sərbəst öyrənməklə ) yazıb oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilmişdir. 1987- 1989- cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988- ci ilin iyunundan 1989- cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur.

10 sentyabr 1989 – cu ildə Ana torpaqı, doğma xalqı qarşısında övladlıq borcunu şə- rəflə , ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs. “And”ını yazmış-dır.

Ülvi Bünyadzadə Xarici Dillər İnstitunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstə-sinin və Şimalı Azərbaycan Azad Tələbələr İttifaqının ( ŞAATİ) yaradılmasında fəal iştirak etmişdir. AXC-nun İnstitutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayan-lardan biri olmuşdur.

Ülvi 1990 –cı il yanvar ayının 19- da gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gül-

ləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini1saylı Şəhər Kliniki Xəstəxanasından

( Şemaşka ) tapmışdılar. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuş – dur. Ülvinin əsərlərinə - 200-dən çox şeir, “Ömür yolu” poeması və “Qansızlar” povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub, 40-a yaxın hekayə- si , 5 pyesi, 20- yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələr ( ingilis və rus dillərin- dən), 7 ədəbi və ictimai məzmunda məqaləsi,bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.

Ülvi şeirlərinin birində yazır :

İnsan ömrü –

dəqiqlər, caniyələr...

Bu anların biri boşsa,

İnsan ömrü

bu başluqdan,

soyuq çəkər.


Bu anın sehridir ki, ona bənd olan gənc bir daha aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir cavabdehlik yaradır -

gənc , yenilik gətirə biləcək bir əzm hiss edir.



Torpaqları işğal olunan,üzbəüz dayandığı xain düşmənlə deyil, onun arxasında dayanan hansı isə gözəgörünməyən qara bir qüvvə ilə mübarizə aparmalı olan Azərbaycanlı Ülvinin misralarında :

Qarabağda mənim dinim- imanım

O, torpağın

nişanəsi ürəyim,

Məni belə

aciz görmə qəbirdə,

Qəbirdə də

Qarabağın özüyəm.


Ülvi narahatdır, qorxur, lakin içindəki ilahi hiss daha güclüdür.Bu, əliyalın düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Bu insanlığa yönəli, acizlikdən doğan bir nifrət deyil. Bu inkişafa , ucalığa qarşı duran ,quruluşa nifrətdir . Bu geriliyə, müqəddəsliyə təhlükə yaradan hər şeyə üsyandır . Bu üsyan gəncdə möhkəm bir iradə, mübarizə əzmi , cismani ölümün dik gözlərinə baxmaq cəsarəti yaradır, gənc dəmiri döyəcləyib qılınca çevirdiyi kimi , qorxu da gənci cilalayıb bir cəncavərə çevirir.

Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixində imzaladığı “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərmana əsasən Ülvi də “20 Yanvar Şəhidi” fəxri adına layiq görülənlərdən biri olmuşdur.

Ülvinin son illər yaşadığı küçəyə ( babasının evi yerləşən küçəyə ) onun adı veril – miş, həmin evin divarına barelyef –lövhəsi vurulmuşdur.

Ülvi Bünyadzadə irsinin kitabxanalarda təbliği .


Ülvi Bünyadzadə həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik deyirdi. Yaşadığı qısa həyatda da ürəyi hər zaman vətən üçün döyünürdü, sonra vətən uğrunda canını fəda etdi . O, qısa ömür yaşasa da, mənalı ömür yaşadı. Ülvi yaşadığı topağı çox sevirdi . Onun yazdığı şerlərin çoxu vətənə həsr olunmuşdur. Sentyabr ayının 23- də Ülvinin – 50 illik yubileyi qeyd olunacaqdır. Yubileylə əlaqədar olaraq gənc şairin həyat və yaradıcılığına həsr edilmiş tədbirlər keçirmək olar. Mərkəzi kitabxana və filiallarda ucadan oxular, məruzə və mühazirələr, kitab müzakirələr , oxucu konfransları və s. təşkil edilməlidir.

Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar :





  1. Sənin oxşarın bənövşədir..: seçilmiş əsərləri / Ü.Bünyadzadə .—Bakı : Ağrıdağ. 2005. – 496 s.

  2. Ömür yolu poema: 5 dildə / Ü.Bünyadzadə .- Bakı: Mütərcim, 2009. – 99 s.

  3. Avşar. İ.Şəhidlər Xiyabanında ömrünün baharında solan bir cavan şair: Ü. Bün- yadzadə / İ.Avşar // 525- ci qəzet.- 2012.- 20 yanvar . 9 s.

  4. Rafiq.N. Ülvi sıramızdadır / N. Rafiq // Təzadlar. – 2014. – 20 sentyabr. 15. s .

  5. Ülvi duyğularım ( top; tərtib edəni , nəşrə hazırlayanı , red. və ön sözünün müəl- lifi Almaz Ülvi ) , Bakı, “Gənclik ,” 1990, 55 səh.

  6. Ульви Биньдзаде. Жизненный путь.Стихи и поэма ( перевел на русского яазыка Гия Пагхаташавили ) // Баку, “ Елm və təhsil” 2004, 64 стр.

  7. Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr / şeirlər, hekayələr. // Bakı , “Elm və təhsil”, 2015, 120 səh.

  8. Ülvi. A. Nağıl ömürdən sətirlər... / A. Ülvi // Ulduz.- 2015. Yanvar. – s.67-68 .

  9. Ülvi, A. Ülvinin ,”Əfqanlar” faciəsinə yazdığı elegiyalar / A.Ülvi // 525- ci qəzet.- 2018. 20 yanvar. – s .16.

  10. Ülvi Bünyadzadənin anın günü keçirilib. // Kacpi. 2017. – 23-25 sentyabr. –s.9.


Tərtib etdi: Heydərova Tamilla .
Yüklə 40,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin