Umid Babek Operating Company Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 45,87 Kb.
tarix17.11.2018
ölçüsü45,87 Kb.
#83903


`

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 2 saylı Stasionar Dəniz Özülü üçün Qazma qurğusunun satınalınmasına olan tələbatını təmin etmək məqsədi ilə

Açıq Müsabiqə (QQ-002/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 15 Noyabr 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər.




Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 30 Noyabr 2018-ci il, Bakı vaxtı ilə saat: 14:00 da Satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqədə iştirak edəcək nümayəndə qeydiyyata alınması üçün 30 dəq öncədən gəlməlidir.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu elektron və ya çap formasında Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 34,000 (Otuz dörd min manat 00 qəpik) manat (ƏDV daxil) və ya ABŞ Dolları və Avro ekvivalentində, məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

VOEN: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişi üçün təminat məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsi təsdiqləndikdən sonra işlərin 24-30 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob: (+994 50) 278 8740

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 30 Noyabr 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com




Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Ümid” yatağı 2 saylı Stasionar Dəniz Özülü üçün Qazma qurğusunun seçilməsi və satınalınması ilə əlaqədar keçirilən QQ-002/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN AVADANLIQLARIN adı və göstəriciləri:

Seçilən qazma qurğusunun ümumi parametrlərinə qoyulan tələblər aşağıda göstərilir:



  1. 3000 HP (at gücündə) / 2238 kWatt, 7500 psi / 510 atm işçi təzyiqə, Dəniz şəraitinə uyğun Qazma Qurğusu tələb olunur.

  2. 7500 metrədək nominal qazma dərinliyi

  3. BOP / Preventor dəsti – 15000 psi. və ya gələcəkdə 20000 psi işçi təzyiqə uyğun BOP / Preventor dəstinin quraşdırılmasına uyğun olmalıdır.


Texniki Şərtlər
1. İddiaçı qazma sisteminin proqram təminatı da daxil olmaqla Tenderə Dəvət Məktubunda (TDM) nəzərdə tutulmuş bütün qazma sistemi avadanlığının birbaşa layihəçisi və istehsalçısı olmalıdır. İddiaçı başqa subpodratçı şirkətlərlə əsas avadanlıqların və proqram təminatının təchiz olunmasına görə müqavilə bağlamamalıdır.

2. Azərbaycanda əməliyyatlar üçün yerli texniki dəstək göstərməlidir. İddiaçının ölkədə avadanlığın və proqram təminatının nasazlığını aradan qaldırmaq üçün qısa zamanda Stasionar Dəniz Özülünə gedə biləcək təcrübəli işçi heyəti, servis avadanlığı və nəzərdə tulmayan digər zəruri vasitələr olmalıdır.

3. Dəniz neft və qaz platformaları üçün kiber qazma qurğularının təminatının tarixçəsi göstərilməldir. Bunun üçün keçmiş layihələrə istinadlar tələb olunacaqdır.

4. Dəniz neft və qaz platformaları üçün kiber qazma qurğularının layihələndirilməsinin idarə olunması tarixçəsi göstərilməlidir. Bunun üçün keçmiş layihələrə istinadlar tələb olunacaqdır.

5. Dəniz neft və qaz platformalarında mexaniki tamamlama və istismara vermə dəstəyinin təmin olunma tarixçəsi göstərilməlidir. Dəniz neft və qaz platformaları üçün müasir kiber qazma qurğularının istismara vermə fəaliyyətləri tarixçəsi göstərilməlidir.

6. Təklif olunan avadanlıq yeni dizayn olmamalıdır. Bütün avadanlıq sınaq olunmalıdır. İddiaçı TDM zamanı UBOC tərəfindən tələb olunarsa, əsas avadanlıqlar üçün sınaq aktlarını sübut üçün təqdim etməlidir.

7. İddiaçı şirkətinin beynəlxalq akreditasiya müəssisəsi tərəfindən sertifikatlaşdırılmış keyfiyyətin idarəetmə sisteminə malik olduğunu göstərən sertifikatı təqdim etməlidir.

8. İddiaçı DNVGL-OS-E101 standartlarına uyğun DNVGL tərəfindən verilmiş “Məhsul Sertifikatları” ilə sertifikatlaşdırılmış qazma qurğularına malik olduqlarını və ya həmin qurğuları təhvil verdiklərini göstərməlidirlər.

9. İddiaçı istismara verildikdən sonra ən azı bir il müddətinə bütün avadanlıqlara zəmanət verməlidir.

10. Satınalan şirkət tərəfindən tələb olunduğu halda, İddiaçı Satınalan şirkətin 2 nəfər nümayəndəsini 1 həftə müddətinə istehsal müəssəsinə ezamiyyətini təşkil etməlidir. Bu halda bütün xərclər, o cümlədən uçuş, yemək və yerləşdirmə xərcləri İddiaçı tərəfindən ödəniləcək.

11. Qalib elan olunmuş şirkət müqavilə bağlandıqdan sonra istehsal müddəti ərzində Satınalan şirkətin nümayəndələrini zərurət yarandığı hallarda istehsal müəssəsinə ezamiyyətlərini təşkil etməlidir. Bu halda bütün xərclər, o cümlədən uçuş, yemək və yerləşdirmə xərcləri İddiaçı tərəfindən ödəniləcək.

12. Avadanlıqların və xidmətin qiyməti hər bir başlıq üzrə ayrı-ayrılıqda göstərilməlidir.



Sahədə nəzarət

13. Təchizatçı həm quru, həm də dəniz tikinti sahələrində aşağıda qeyd olunmuş əməliyyatlar üçün məsuliyyət daşıyır:



  • Avadanlığın Satınalan şirkətin tikinti sahəsinə qəbulu zamanı inspeksiyalarda iştirak.

  • Təchizatçının avadanlığının Qazma Qurğusuna və Qazma Qurğusunun Köməkçi Avadanlıqlarına quraşdırılması üçün Satınalan şirkətin subpodratçısına nəzarət

  • Avadanlığın mexaniki tamamlanması və təhvil alınmasından öncə istismara təhvil verilməsi əməliyyatlarında iştirak

  • Tikinti müddətində bütün proqram təminatlarının quraşdırılması və istismara verilməsi müddətində bütün proqram təminatlarının sınağı zamanı mütəxəssislərin təmin olunması

  • Satınalan şirkətin subpodratçı ilə birgə Qazma Qurğusunun bütün istismara vermə əməliyyatlarını (Sahə İnteqrasiya Sınağı da daxil olmaqla) idarə etmək

14. Təchizatçının təklifinə sahədə qeyd edilmiş dəstək üçün də xərclər daxil edilməlidir. Təchizatçı təklifində sahə tikinti işlərinin hər bir mərhələsi üçün İş planını təmin etməlidir;



  • Tikinti mərhələsi

  • İstismara vermə mərhələsi (quruda və dənizdə)

  • Sahə İnteqrasiya Sınağı (dənizdə)

15. Təchizatçı tərəfindən ən az aşağıda qeyd olunmuş qədər işçinin təmin olunması tələb olunur;



  • Bir (1) Sahə meneceri

  • Bir (1) Elektrik & Avtomatika mühəndisi

  • Bir (1) Mexanika & Hidravlika mühəndisi

  • Bir (1) Proqram təminatı mühəndisi

16. Təhvil vermə cədvəlinə uyğun olaraq layihənin tikintisinin və istismara verilməsinin iş yükü artdıqca işçilərin sayı artacaqdır




Yüklə 45,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin