Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 88,75 Kb.
tarix07.06.2018
ölçüsü88,75 Kb.
#52915

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülündə yerləşən 10 saylı quyu üçün quyuiçi avadanlıqların və xidmətlərinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (QIA-002/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət (Hər iki Lot üçün) ən geci 10 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 13 Aprel 2018-ci il, Lot 1 Bakı vaxtı ilə saat: 10:30 da, Lot 2 11:00 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər LOT 1 üçün 360 (üç yüz altmış) manat (ƏDV daxil), LOT 2 üçün 280 (iki yüz səksən) manat (ƏDV daxil) məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 4 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Tel: (+994 50) 278 87 40

E-mail: procurement@socar-umid.com







Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az



Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 13 Aprel 2018-ci il tarixdə, Lot 1 Bakı vaxtı ilə saat 11:00-da, Lot 2 11:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülündə yerləşən 10 saylı quyu üçün quyuiçi avadanlıqların və xidmətlərinin satın alınması ilə əlaqədar keçirilən QİA-002/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Lot 1

Dərin Kəsici Klapan dəsti

s/s

Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdar

1

Dərinlik kəsici klapanı

- min Daxili D-2.562”

- maks Xarici D≤5.8

- Klapanın xarici diametri və idarəetmə xətti birlikdə 7” (5.879” drift diametr) kəmər daxilində yerləşməlidir

-S13Cr və ya Nikel xəlitə

-15,000 psi işçi təzyiqi

-min V2 sertifikatı, ISO 10432 və/və ya API 14A standartlara uyğun



ədəd

1

2

Axın tənzimləyicisi

-S13Cr və ya Nikel xəlitə

-15,000 psi işçi təzyiqi

-Qaz quyularına uyğun olmalıdır

-4-1/2” NKB-yə uyğun və minimum dartınma təzyiqi 4-1/2” 17 ppf-ə uyğun 110 ksi olmalıdır



ədəd

2

3

4-1/2” protektorlar

-maksimal Xarici D. ≤5.8”

-4-1/2” NKB-ə uyğun, detalları NKB seçildikdən sonra podratçıya qeyd ediləcək



ədəd

50

4

4-1/2” x 2-7/8” Keçirici

-4-1/2” 17 ppf və 2-7/8” 7.8 ppf uyğun, birləşmələr haqqında NKB podratçısı bəlli olduqdan sonra məlumat veriləcək

ədəd

1


Lot 2

5-1/2” İstismar Pakeri dəsti

s/s

Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdar

1

Paker, 5-1/2”kəmər üçün

-5-1/2” 23 ppf kəmərə uyğun

-min Daxili D.–2.24”

-15,000 psi işçi təzyiqi

- min 120 oC temperatura davamlı

-S13Cr və ya Nikel 718 xəlitə


ədəd

1

2

5-1/2” pakerin alt hissəsi üçün nipel

(tutqac və tıxac)



-2 ədəd (əsas və ehtiyat) pakerin altına nipel, 1 dəst kipləşdirici hissələr

-min Daxili D – 2.01”

- Min 15,000 psi işçi təzyiqi

-S13Cr və ya Nikel 718 xəlitə



dəst

2

3

Pakerin azad olunması üçün frezlənə bilən uzadıcı boru, 5-1/2” Paker üçün

-5-1/2” pakerə uyğun

-S13Cr və ya Nikel xəlitə



ədəd

1

4

Kəmər ayırıcı, 5-1/2” Paker üçün

-min Daxili D – 2.26”

-max Xarici D – 3.8”

-5-1/2” pakerə uyğun

-S13Cr və ya Nikel xəlitə



ədəd

1




Quyuiçi Avadanlığın Endirilmə Xidməti

Tələblər

-Tələb olunan sahə üzrə beynəlxalq təhlükəsizlik tələblərini bilmək və əməl olunmasına ciddi riayət etmək (Lot1, Lot2)

-Dərin quyularda (6500m) işləmək təcrübəsi (Lot1, Lot2)

-Yüksək təzyiqli quyularda (15,000 psi/1020atm) işləmək təcrübəsi (Lot1, Lot2)

-Super 13 Xrom avadanlıqlarla işləmək təcrübəsi (Lot1, Lot2)



-Razılaşdırılmış tamamlama proqramına əməl olunmalıdır (Lot1, Lot2)


Texniki Şərtlər (Lot 1)

  1. Avadanlıqlar (Dərinlik kəsici klapan, axın tənzimləyicisi, protektorlar) təklif edilərkən 4-1/2” NKB boruların texniki göstəriciləri nəzərə alınmalıdır:

    • 17 ppf

    • 110 ksi

    • Daxili diametr – 3.74”

    • Keçid diametri – 3.615”

  2. Iddiaçılar hər avadanlığa uyğun texniki xüsusiyyətləri və məlumatları göstərməlidir:

    • Min Daxili Diametr

    • Keçid Diametri

    • Maks Xarici Diametr

    • Əgər avadanlığa aiddirsə, qırılma, bükülmə, dartılma, sıxılma göstəriciləri

    • Maks işçi təzyiqi

    • Maks işçi temperaturu

    • Ağırlıq (ppf)

    • Uzunluq

    • Metallurgiya

  3. İddiaçılar öz müsabiqə təkliflərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödənilməli olan bütün vergiləri və məcburi ödəmələri, həmçinin nəqliyyat, sığorta və digər xərcləri nəzərə almalıdırlar.

  4. Dərin Kəsici Klapan dəsti lotu üzrə qalib gəlmiş servis şirkəti sınaq, endirmə və quraşdırma işlərini aparmalıdır.

  5. Lot üzrə hər bir avadanlığın və (quraşdırma, endirmə) xidmətin qiyməti ayrı-ayrılıqda təqdim olunmalıdır.

  6. Podratçı şirkət Nasos kompressor borularının podratçısı seçildikdən sonra quyuiçi avadanlığın yivlərin və birləşmələrin nasos kompressor boruların birləşmə tipinə uyğun dizayn etməlidir.

  7. İddiaçı tərəfindən təqdim olunan Qiymət təklifi siyahısında göstərilən avadanlıqların sertifikatları və pasportları əlavə olunmalıdır.

  8. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  9. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  10. Satın alınan avadanlıqlara quyuya quraşdırılana qədər zəmanət verilməlidir. Əgər avadanlıq quraşdırıldıqdan sonra texniki problemlər və ya qüsurlar aşkarlansa, bu zaman tələb olunduğu zaman istintaqın aparılması üçün 3-cü şirkət dəvət ediləcək və araşdırma aparılacaq.

  11. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  12. Tədarük edilməsi üçün nəqliyyat vasitəsilə yüklənməmişdən əvvəl satın alınan malların  müqavilədə göstərilmiş parametrlər üzrə satınalan təşkilatın təyin etdiyi 2 nəfər tərəfindən təftişi aparılmalı və təftişin nəticələri rəsmi sənədlərlə təsdiq edilməlidir:

Təftiş üzrə xərclər Kontragentin hesabına ödənilməli və qiymət təklifində bu xərclər nəzərə alınmalıdır.

  1. Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

  2. Müsabiqədə qalib gələn Podratçı şirkəti ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra Satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı  (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİF şərti olduqda) (əsli);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Lot üzrə ayrıca maliyyə və texniki təklif təqdim olunmalıdır.

  3. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra quyuiçi avadanlıqların istismar təlimatları (anbarda saxlanma şəraiti, daşınması, endirilməsinə hazırlıq və s.) haqqında ətraflı məlumat ilə təmin etməlidir.

  4. Avadanlıqların sınaq işləri üçün bütün xərclər müsabiqənin qiymət təklifinə daxil edilməlidir.

  5. Stres analizi (stress check) keçirilməsinə ehtiyacı olan avadanlıqlarda aparılmalıdır.

  6. Avadanlıq Podratçı şirkətin bazasında vizual baxış və müvafiq sınaqlardan keçirilən zaman avadanlıqlarda hər hansı bir qüsur aşkarlanarsa, bu zaman Podratçı şirkət dəymiş zərəri qarşılamalıdır.

  7. Avadanlıqların quraşdırılması podratçı tərəfindən edilməlidir.

  8. Podratçı şirkət Satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra tamamlama əməliyyatlarından ən gec 1 (bir) ay əvvəl quraşdırma prosedurunu təqdim etməlidir.

  9. Podratçı şirkət satınalan təşkilat ilə razılığa gəldikdən sonra avadanlıqların metallurgiyası çərçivəsində Super 13 Xrom (S13Cr) və ya Nikel xəlitəli (Nickel Alloy) materialına başqa ad altında eyni xüsusiyyətləri daşıyan materialdan istifadə edə bilərlər.

  10. Avadanlıqların aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:

    • ISO 10432 və/və ya API 14A, Kəsici klapanın istehsalı və sınağı

Qeyd: Burada göstərilməmiş ancaq yuxarıda sadalanan standartlara uyğun standartlar və sertifikatlar podratçı şirkət tərəfindən təqdim edildikdə satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.
Texniki Şərtlər (Lot 2)

  1. Avadanlıqlar (avadanlıqların oturtma alətləri) təklif edilərkən 2-7/8” NKB boruların texniki göstəriciləri nəzərə alınmalıdır:

    • 7.8 ppf

    • 110 ksi

    • Daxili diametr – 2.323”

    • Keçid diametri – 2.229”

  2. Iddiaçılar hər avadanlığa uyğun texniki xüsusiyyətləri və məlumatları göstərməlidir:

    • Min Daxili Diametr

    • Keçid Diametri

    • Maks Xarici Diametr

    • Əgər avadanlığa aiddirsə, qırılma, bükülmə, dartılma, sıxılma göstəriciləri

    • Maks işçi təzyiqi

    • Maks işçi temperaturu

    • Ağırlıq (ppf)

    • Uzunluq

    • Metallurgiya

  3. İddiaçılar öz müsabiqə təkliflərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödənilməli olan bütün vergiləri və məcburi ödəmələri, həmçinin nəqliyyat, sığorta və digər xərcləri nəzərə almalıdırlar.

  4. 5-1/2” İstismar Pakeri dəsti lotu üzrə qalib gəlmiş servis şirkəti sınaq, endirmə və quraşdırma işlərini aparmalıdır.

  5. Hər lot üzrə hər bir avadanlığın və (quraşdırma, endirmə) xidmətin qiyməti ayrı-ayrılıqda təqdim olunmalıdır.

  6. Podratçı şirkət Nasos kompressor borularının podratçısı seçildikdən sonra quyuiçi avadanlığın yivlərin və birləşmələrin nasos kompressor boruların birləşmə tipinə uyğun dizayn etməlidir.

  7. İddiaçı tərəfindən təqdim olunan Qiymət təklifi siyahısında göstərilən avadanlıqların sertifikatları və pasportları əlavə olunmalıdır.

  8. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  9. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  10. Satın alınan avadanlıqlara quyuya quraşdırılana qədər zəmanət verilməlidir. Əgər avadanlıq quraşdırıldıqdan sonra texniki problemlər və ya qüsurlar aşkarlansa, bu zaman tələb olunduğu zaman istintaqın aparılması üçün 3-cü şirkət dəvət ediləcək və araşdırma aparılacaq.

  11. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  12. Tədarük edilməsi üçün nəqliyyat vasitəsilə yüklənməmişdən əvvəl satın alınan malların  müqavilədə göstərilmiş parametrlər üzrə satınalan təşkilatın təyin etdiyi 2 nəfər tərəfindən təftişi aparılmalı və təftişin nəticələri rəsmi sənədlərlə təsdiq edilməlidir:

Təftiş üzrə xərclər Kontragentin hesabına ödənilməli və qiymət təklifində bu xərclər nəzərə alınmalıdır.

  1. Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

  2. Müsabiqədə qalib gələn Podratçı şirkəti ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra Satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı  (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİF şərti olduqda) (əsli);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Lot üzrə ayrıca maliyyə və texniki təklif təqdim olunmalıdır.

  3. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra quyuiçi avadanlıqların istismar təlimatları (anbarda saxlanma şəraiti, daşınması, endirilməsinə hazırlıq və s.) haqqında ətraflı məlumat ilə təmin etməlidir.

  4. Avadanlıqların sınaq işləri üçün bütün xərclər müsabiqənin qiymət təklifinə daxil edilməlidir.

  5. Stres analizi (stress check) keçirilməsinə ehtiyacı olan avadanlıqlarda aparılmalıdır.

  6. Avadanlıq Podratçı şirkətin bazasında vizual baxış və müvafiq sınaqlardan keçirilən zaman avadanlıqlarda hər hansı bir qüsur aşkarlanarsa, bu zaman Podratçı şirkət dəymiş zərəri qarşılamalıdır.

  7. Avadanlıqların quraşdırılması podratçı tərəfindən edilməlidir.

  8. Podratçı şirkət Satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra tamamlama əməliyyatlarından ən gec 1 (bir) ay əvvəl quraşdırma prosedurunu təqdim etməlidir.

  9. Podratçı şirkət satınalan təşkilat ilə razılığa gəldikdən sonra avadanlıqların metallurgiyası çərçivəsində Super 13 Xrom (S13Cr) və ya Nikel xəlitəli (Nickel Alloy) materialına başqa ad altında eyni xüsusiyyətləri daşıyan materialdan istifadə edə bilərlər.

  10. Avadanlıqların aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:

    • ISO 14310 və/və ya API 11D1, Pakerin sertifikasiyası

Qeyd: Burada göstərilməmiş ancaq yuxarıda sadalanan standartlara uyğun standartlar və sertifikatlar podratçı şirkət tərəfindən təqdim edildikdə satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.
Yüklə 88,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin