Umid Babek Operating Company



Yüklə 37,27 Kb.
tarix19.12.2018
ölçüsü37,27 Kb.
#86278

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Qazma qurğusunun seçilməsi və alınması üçün texniki dəstəyin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (QQ-001/2018) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 20 İyul 2018-ci il, Bakı vaxtı ilə saat: 18:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 23 Iyul 2018-ci il, Bakı vaxtı ilə saat: 13:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236 (iki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, Bank VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 1 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob:(+994 50)278 87 40

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 23 Iyul 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Qazma qurğusunun seçilməsi və alınması üçün texniki dəstəyin satın alınması ilə əlaqədar keçirilən QQ-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Texniki Dəstək üçün Tələblər:


  • Qazma qurğusu üçün “FEED” – in edilməsi, AACEI Class 2nin tələblərinə əsasən

  • Qazma qurğusu üçün tələblər toplusunun hazırlanması

  • Qazma qurğusu üçün dizaynın əsasları sənədinin hazırlanması

  • Tender mərhələsində texniki dəstəyin göstərilməsi

  • Tender strategiyasının müəyyənləşdirilməsi

  • Qazma qurğusuna daxil olan avadanlıqların siyahısı və hər bir avadanlığın mimimum miqdarı/sayı

  • Qazma qurğusuna daxil olan avadanlıqların minimum tender tələblərinin müəyyən edilməsi

  • Əməliyyat şəraitinə uyğun qazma qurğusunun seçilməsi

  • Tenderdə iştirak edən şirkətlərin təklifləri əsasında texniki rəyin verilməsi

  • Ödəniş şərtlərinin müəyyənləşdirilməsi


Texniki dəstək üçün tələb edilən minimum işçi sayı və nəzərdə tutulan müddət:

  • Qazma qurğusu üçün “FEED” – in edilməsi

  • Məlumatların toplanması – müddət 10 gün, 1 nəfər

  • Yekun hesabatların hazırlanması – müddət 5 gün, 1 nəfər

  • Tender mərhələsində texniki dəstəyin göstərilməsi – müddət 10 gün, 1 nəfər


Podratçıya olan tələblər:
• Podratçı dənizdə qazma qurğusunun texniki şərtlərinin, əməliyyat və uyğunluq tələblərinin yoxlanılması, texniki audit və istismar xidmətlərinin göstərilməsində ixtisaslaşmış olmalıdır

• Podratçı qrupu tam texniki idarəetmə və geniş təcrübə əsasında seçilmiş kadr olmalıdır



• Qazma qurğusu seçimi və avadanlıqların minimum tələblərin müəyyənləşdirilməsi üzrə dünya miqyasında geniş təcrübəyə malik olmalıdır, dənizdə Hibrid və Modul tipli dənizdə qazma qurğusu avadanlıqlarının seçilməsində təcrübəsi olmalıdır, avtomatlaşdırma tələbləri, Layihə tələblərinin və əsaslarının hazırlanması təcrübəsi olması şərtdir

Təklif olunan qazma proqramına əsasən qurğu avadanlıqları hesablamalar aparmaq bacarığı olmalıdır
Yüklə 37,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin