Lot 2: PVT Analizi Üzrə Laboratoriyanın Seçilməsi
İşin məqsədi
Tam PVT analizinin aparılması, Ümid qaz-kondensat yatağının və Babək perspektiv strukturunda layların PVT üzrə xarakterizə olunması, PVT modelinin qurulması (Black-oil və EOS Kompozisiyalı), layların hidrodinamiki modelində PVT məlumatlarının yenilənməsi, işlənmə planının, hasilatın və digər bütün əlaqəli işlərin optimallaşdırılması üçün zəruri olan bütün nəticələrin əldə olunması.
İşin həcmi
Ümid qaz-kondensat yatağında istismar quyularından götürüləcək fluid nümunələri üzərində tam PVT analizlərinin laboratoriyada aparılması planlaşdırılmışdır. PVT analizi üzrə aşağıda qeyd olunmuş işlərin/testlərin/analizlərin laboratoriyada aparılması planlaşdırılmışdır (lakin bunlarla məhdudlaşmır):
Quyular sahəsində flüid nümunələrin götürülməsi (quyudibi və/və ya yerüstü)
Götürülmüş flüid nümunələrinin keyfiyyətinin yoxlanması
Analiz üçün etibarlı nümunələrin seçilməsi
PVT parametrlərinin təyin olunması (sıxlıq, mol çəki, özlülük, sıxılma əmsalı, qazın həllolması və s.)
Flüid kompozisiyalarının (qaz və kondensat) təyin olunması
Nümunələrin fiziki və riyazi rekombinasiyası
Sabit Tərkibdə Genişlənmə eksperimenti (Constant Composition Expansion)
Sabit Həcmdə Tükətmə eksperimenti (Constant Volume Depletion)
Separator testi (bir neçə mərhələli)
Dostları ilə paylaş: |