Nəticələr
“İşin həcmi” bölməsində qeyd olunmuş işlər/testlər/analizlər üzrə bütün parametrlərin əldə olunması.
Hesabatlar
“İşin həcmi” bölməsində qeyd olunmuş işlər/testlər/analizlər üzrə ayrı-ayrılıqda həm aralıq, həm də yekun hesabatlar təqdim olunmalıdır. Təqdim ediləcək hesabatlara aşağıdakılar daxil edilməlidir (lakin bunlarla məhdudlaşmır):
Analizlərin məqsədi
Bütün emal olunmamış və keyfiyyəti yoxlanmış nəticələr
Bütün məlumatların/analizlərin etibarlılıq və düzgünlük qeydləri
İstifadə olunmuş bütün prosedurların, razılaşdırılmış prosedurlardan/protokollardan kənaraçıxmaların, bunların səbəblərinin və məlumatların/nəticələrin keyfiyyətinə təsirinin qeydləri
Lazımlı bütün nəticələr və statistik məlumatlar (etibarlılıq qeydləri olmaqla)
Ümumi etibarlılıq səviyyəsi və analizlərin qoyulmuş məqsədlərə çatma qeydləri
Yerinə yetirilmiş, hal-hazırda davam edən və planlaşdırılmış işlər, çətinliklər, təcrübələr, aşkarlanmalar, prosedurlardan hər hansı kənaraçıxmalar və dəyişikliklər haqqında müntəzəm status hesabatları (həftəlik tezliklə)
UBOC tərəfindən təyin olunmuş mütəxəssis məsləhətçi şirkətin tələb etdiyi bütün məlumatlar
Bütün nəticələr uyğun qrafiklər, şəkillər və diaqramlarla birgə rəqəmsal formatda, PDF və Excel (bütün emal olunmamış və keyfiyyəti yoxlanmış nəticələr)
Hesabatlar, uyğun nəticələr və qrafiklər elektron formatda (PDF və Excel) və həmçinin original rəsmi kağız formasında təqdim olunmalıdır.
Tələblər
Laboratoriya avadanlıqları və işlərin aparılma prosedurları qəbul olunmuş cari beynəlxalq standartlara uyğun olmalı və personalın bacarıqları yüksək olmalıdır;
PVT nümunələrinin daşınması üçün ayrıca qiymət təklifi verilməlidir;
Lot 1 üzrə işləri yerinə yetirən sirkət Lot 2 üzrə tenderdə iştirak edə bilməz.
Dostları ilə paylaş: |