Umid Babek Operating Company



Yüklə 227,5 Kb.
səhifə7/10
tarix01.01.2022
ölçüsü227,5 Kb.
#102971
1   2   3   4   5   6   7   8   9   10
Nəticələr

Ekspert konsultant şirkət tam yeraltı PVT analizi ilə bağlı bütün aspektləri və mərhələləri əhatə edən xidmətləri təmin etməlidir. Nəticələrə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):



  • Quyular sahəsində nümunənin götürülməsi (quyudibi və/və ya yerüstü) və yeraltı PVT analizi ilə əlaqədar bütün işlərin idarə/nəzarət olunması və koordinasiyası

  • Nümunənin götürülməsi hesabatına baxışın keçirilməsi və qiymətləndirilməsi

  • Laboratoriyadan alınacaq hesabat standartlarının/tələblərin hazırlanması, saxlanılmalı və hesabat verilməli bütün laboratoriya nəticələrinin siyahısının təyin olunması

  • PVT analizi üzrə laboratoriyanın seçilməsi ilə bağlı tövsiyyələrin verilməsi və tələblərin hazırlanması, laboratoriyanın seçilməsi (ehtiyac olarsa)

  • Yekun PVT Analizi Proqramının və bütün PVT eksperimentləri/testləri/ölçü işləri/hesablamaları üçün tam iş ardıcıllığı diaqramının hazırlanması/dizayn olunması

  • Laboratoriya üçün fluid nümunəsinin götürülməsi və bütün PVT laboratoriyası eksperimentləri/testləri/ölçü işləri üçün detallı test spesifikasiya sənədlərinin hazırlanması. Detallı test spesifikasiya sənədlərinə aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

    • İşin həcmi və məqsədləri

    • Quyular sahəsində fluid nümunələrinin götürülməsi və bütün laboratoriya testləri/ölçü işləri/hesablamalar üzrə prosedurlar (addım-addım instruksiyalar və “dayan və hesabat vermək nöqtələri” daxil olmaqla)

    • Bütün laboratoriya testləri/ölçü işləri/hesablamaları üzrə tam iş ardıcıllığı diaqramı

    • Metodlar

    • Məlumatların əldə olunması

    • Kalibrasiya

    • Hesablama

    • Məlumatların yazılması və saxlanması

    • Keyfiyyətin Təmini və Keyfiyyətə Nəzarət üzrə proseslər və kriteriyalar

    • Hesabatların verilməsi

  • Müxtəlif analizlər üzrə ayrı-ayrılıqda protokollar

  • Laboratoriya prosedurları və nəticələrinin keyfiyyətinə nəzarət və qiymətləndirilməsi üçün limitlərin və istinad məlumatlarının təmin olunması

  • Flüid nümunələrinin götürülməsi zamanı, bütün PVT testləri/analizləri və PVT modelləşməsi zamanı yarana biləcək bütün suallara cavab verilməsi və çətinliklərin aradan qaldırılması

  • Flüid nümunələrinin keyfiyyətinin yoxlanması/araşdırılması və seçilməsi

  • Yalnış analiz məlumatlarının qarşısını almaq üçün proaktiv keyfiyyətə nəzarət işlərinin yerinə yetirilməsi

  • Uyğun keyfiyyətə nəzarət instruksiyalarının və proseslərinin təmin olunması

  • Laboratoriya tərəfindən verilmiş bütün aralıq və yekun test nəticələrinin, emal olunmamış məlumatların və hesabatların keyfiyyətinin yoxlanması və təsdiqlənməsi

  • Laboratoriya tərəfindən verilmiş və interpretasiya olunmuş bütün nəticələrin etibarlılığını/düzgünlüyünü təyin etmək

  • Flüid nümunələrinin götürülməsi zamanı quyular sahəsinə və kritik əməliyyatlar zamanı laboratoriyaya getmək

  • Layların dinamik simulyasiya modelində və quyu performansı modelində dərhal istifadə edilə biləcək bütün yeraltı (“subsurface”) PVT məlumatlarının keyfiyyətinin yoxlanması, interpretasiyası/inteqrasiyası və PVT modellərinin qurulması (“Black-oil” və EOS Kompozisiyalı modellər)

  • Yeni PVT modellərin layların dinamik modelinə inteqrasiya edilməsi və nəticələrin yoxlanması

  • PVT analizi ilə bağlı aparılan bütün işlərin statusu ilə bağlı müntəzəm hesabatların verilməsi

  • Detallı, ekspert rəyi verilmiş (“peer review”), rəsmi şəkildə konsultant şirkət tərəfindən təsdiqlənmiş və uyğun səlahiyyətli qurumlar tərəfindən tanınmış yekun hesabat.


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin