Umid Babek Operating Company



Yüklə 40,05 Kb.
tarix30.06.2018
ölçüsü40,05 Kb.
#55340


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Ümid-Babək Dəniz Blokunda yerinə yetiriləcək Kompleks mühəndisi geoloji-geofiziki və Yüksək Görüntülü 2D seysmik işlərinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (GT-001/2018) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 19 Fevral 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 27 Fevral 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 450 (Dörd yüz əlli) manat (ƏDV xaric) məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061, H/h AZ65HAJCHCNAZN10000098111001,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 6 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

E-mail: procurement@socar-umid.com




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 27 Fevral 2018-ci il tarixdə, vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab ______________,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Ümid-Babək Dəniz Blokunda yerinə yetiriləcək Kompleks mühəndisi geoloji-geofiziki və Yüksək Görüntülü 2D seysmik işlərinin satın alınması ilə əlaqədar keçirilən GT-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Ümid-Babək Dəniz Blokunda B1 axtarış quyusunun ətrafında 45 km2 ərazidə dəniz dərinliyi 70-180 m olan ərazidə aşağıdakı qeyd olunan tədqiqat işləri aparılmalıdır (İlkin Planlama işlərindən sonra iş sahəsində və həcmində dəyişiklik ola bilər):




  • Tədqiqat sahəsində mövcud məlumatların analizinin nəticələri əsasında İlkin Planlama işlərinin aparılması (Desktop Study)

  • Tədqiqat sahəsində yüksək keyfiyyətli 3D batimetriya, sonar və multi-beam planalma işlərinin aparılması

  • Fasiləsiz Seysmoakustik Profilləmə (FSAP) işlərinin aparılması

  • Sonar, batimetriya, multi-beam və FSAP işlərinin nəticəsindən aslı olaraq B1 axtarış kəşfiyyat quyusunun layihə yerinin dəqiqləşdirilməsi və stasionar platformanın tikintisi üçün optimal yerin təyini məqsədilə geoloji təhlükəsiz zonalarının təyini

  • İstismar Platformasının qoyulması üçün mümkün olan sahə seçilərsə həmin ərazidə geotexniki işlərin aparılması nəticəsində platforma yerinin təsdiqindən sonra 3x3 km ölçüdə Yüksək Görüntülü 2D seysmika (High Resolution 2D seismic) işlərinin aparılması

  • Aparılmış seysmik işlərin emal və interpretasiya hesabatını aparmaqla 1200 m-ə qədər olan çöküntülərin geoloji risklərinin qiymətləndirilməsi

  • Mürəkkəb seysmik zonanın (palçıq vulkanı) sahəsinin və fəaliyyətinin dəqiqləşdirilməsi üçün kompleks tədqiqatlar aparılmalı. Əgər qaz qabarcıqları müşahidə olunarsa həmin sahədə su və qrunt nümünələrin götürülməsi və laboratoriya şəraitində araşdırılması

  • Sonar, batimetriya, multi-beam və FSAP işlərinin nəticələrini əldə etdikdən sonra Palçıq Vulkanının Sərhədində geotexniki işlərin aparılması üçün quyu qazılması

  • Babək sahəsində İstismar Platformasının layihələndirilməsi üçün geotexniki işlərin aparılması

    • Qrunt çöküntülərinin öyrənilməsi üçün quyuların qazılması

    • Qazılacaq quyularda kern nümunələrinin götürülməsi və analiz edilməsi

    • Statik Zondlama Testi (CPT) və seysmik CPT işlərinin aparılması və torpaq nümunələrinin möhkəmliyiyinin tədqiqi

  • B1-axtarış quyusunun yerləşmə sahəsinin öyrənilməsi ilə Üzən Qazma Qurğusunun (ÜQQ) tələblərinə uyğun olaraq mühəndisi-geoloji işlərinin aparılması

  • ÜQQ-u ətrafında 1500 m radiusunda müfəssəl Batimetriya işləri (ümumi tədqiqat sahəsində aparılacaq)

  • ÜQQ-u ətrafında 1500 m radiusunda Sonar planalma işləri (ümumi tədqiqat sahəsində aparılacaq)

  • Torpaq nümunələrinin götürülməsi

  • Dəniz dibinin hidrometroloji məlumatlarının (Metocean) 12 aylıq proqnozlaşdırılması

  • ÜQQ-nin yerdəyişməsi üçün ehtiyat quyu nöqtəsi

  • Babək strukturunda platformanın yeri təyin olunarsa platformadan Ümid-2-yə nəql xəttinin çəkilməsi üçün zəruri tədqiqatların aparılması nəzərdə tutulmalı.

  • Ümid-2 platformasının yerində 2x2 km ərazidə Yüksək Görüntülü 2D seysmik işlərin aparılması. SDÖ-2 ərazisində 55-56m təşkil edir.

    • Aparılmış seysmik işlərin emal və interpretasiya hesabatını aparmaqla 1200 m-ə qədər olan çöküntülərin geoloji risklərinin qiymətləndirilməsi

  • Görülən işlərin müfəssəl hesabatları tərtib edilsin və mövcud məlumatlar əsasında 2D/3D modelləri qurulsun.

Qeyd: Aparılacaq işlər İSO-19901-1,2,3,4,5,6,7,8 beynəlxalq tələblərinə uyğun həyata keçirilməlidir.




Yüklə 40,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin