Umid Babek Operating Company



Yüklə 71,69 Kb.
tarix04.07.2018
ölçüsü71,69 Kb.
#55680


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Ümid Yatağı Və Babək Perspektiv Strukturunun Daxil Olduğu Dəniz Blokunda mühəndis-geoloji, geofiziki və Yüksək Görüntülü 2D seysmik işlərə konsultant şirkətin dəstəyinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (GK-001/2018) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 14 may 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 21 may 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 261 (iki yüz altmış bir) manat (ƏDV daxil) məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 6 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94,

mobil: (+99450) 278 87 40

E-mail: procurement@socar-umid.com






Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 21 may 2018-ci il tarixdə, vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab ______________,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Ümid Yatağı Və Babək Perspektiv Strukturunun Daxil Olduğu Dəniz Blokunda mühəndis-geoloji, geofiziki və Yüksək Görüntülü 2D seysmik işlərə konsultant şirkətin dəstəyinin satın alınması ilə əlaqədar keçirilən GK-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)
SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Ümid Yatağı Və Babək Perspektiv Strukturunun Daxil Olduğu Dəniz Blokunda mühəndis-geoloji, geofiziki və Yüksək Görüntülü 2D seysmik işlərə konsultant şirkətin dəstəyinə dair tələblər


  • İlkin planlama (Desktop Study) – Tədqiqat sahəsində mövcud məlumatlar analiz edilərək potensial geoloji riskləri idarə edən proseslərin və ərazidə gözlənilən geotexniki vəziyyətin gələcək infrastruktur üçün vaciblik dərəcəsi araşdırılmalıdır. Planlamanın nəticələri əsasında aparılacaq çöl işlərinin tələbləri və gözlənilən potensial mürəkkəbləşmələr barədə tövsiyələr verilməlidir. Mövcud batimetriya və 3D seysmika məlumatları istifadə edərək ümumi xəritələr toplusu (batimetriya, dəniz dibinin mailliyi, sahəvi elementlər və regional geomorfologiya) hazırlanmalıdır. Həmçinin, seysmik, batimetriya və geotexniki məlumatların əsasında potensial təhlükələr və onların nəticələri təyin edilərək nəzərə alınmalıdır. Geoloji təhlükələr inventarlaşdırılmalı və risklər kəmiyyətcə qiymətləndirilməli, onların həddləri təyin edilməli və aparılacaq çöl işlərinin planlamasında nəzərə alınmalıdır. Mövcud məlumatlarda olan boşluqlar da təyin olunmalıdır. İlkin planlama işləri mühəndisi-geoloji, geofiziki və geotexniki tədqiqatları aparacaq kontraktor (SOCAR GGİ) şirkət ilə birgə həyata keçiriləcəkdir;




  • Çöl işlərinın aparılmasına dəstək – Tədqiqatların işlərini mümkün qədər yüksək səviyyədə və müfəssəl həyata keçirilməsini təyin etmək üçün çöl işlərinin həyata keçirilməsinə həm qurudan, həm də dənizdən məsləhətçi şirkət tərəfindən dəstəyin təmin olunması vacibdir. Həm çöl işlərindən əvvəl, həm çöl işləri zamanı, həm də çöl işlərindən sonra qurudan texniki və məlumatlandırma dəstəyi həyata keçirilməlidir. Həmiçinin istifadə olunacaq avadanlıqlara baxış və lazım olan vəziyyətdə olunmasını təsdiq etmək də göstəriləcək dəstəkdə öz əksini tapmalıdır. Dənizdən təmin olunacaq dəstəyə çöl işləri zamanı müştərini təmsil etmək üçün məsləhətçi şirkət tərəfindən nümayəndə(lər) daxildir. Bir nümayəndənin geofiziki tədqiqatlar üçün və bir nümayəndənin də geotexniki tədqiqatlar üçün nəzərdə tutulması planlaşdırılır.




  • Nəticələrə texniki baxış və rəyin verilməsi – Hər bir nəticəyə texniki olaraq müvafiq mütəxəssis tərəfindən baxış keçirilməlidir. Texniki baxış istifadə olunan metodikanın, proseslərin və interpretasiyanın qısa və aydın təsvirini təmin etməklə yanaşı nəticələrin əldə olunmasında qarşılanan çətinlikləri də özündə əks etdirmiş olacaq.

İlkin planlama işləri 4 həfdə ərzində tamamlanmalıdır. Yuxarıda qeyd olunduğu kimi, bu işlər aşağıda qeyd olunan tədqiqat işlərinin yerinə yetirilməsinə köməklik göstərmiş olacaq:




  • Yüksək Görüntülü 2D seysmik işləri:

  • Yüksək Görüntülü 2D seysmik işləri (2x2 km);

  • Yüksək Görüntülü 2D seysmik işləri (3x3 km);

  • Geofiziki tədqiqatlar:

  • Sonar planalma;

  • Fasiləsiz Seysmoakustik Profilləmə;

  • Multi-beam planalma (3D);

  • Batimetriya işləri;

  • Geotexniki işlər:

  • Seysmik Statik Zondlama Testi (CPT);

  • Standart CPT;

  • Mühəndis-geoloji quyu;

  • Su və süxur nümunələrinin götürülməsi.

Qeyd edilən işlərin aparılması zamanı konsultant şirkət sifarişci şirkətin adından cədvəldəki standartlara uyğun aparılmasını təmin etməlidir.




Spesifikasiya

Standartın kodu

Standartın adı

Geotechnical Survey

API RP 2A-WSD

Recommended Practice for Planning, Designing and Constructing Fixed Offshore Platforms - Working Stress Design

API RP 2GEO

Geotechnical and Foundation Design Considerations

API RP 2N

Recommended Practice for Planning, Designing and Constructing Pipelines for Arctic Conditions

API RP 2SK

Design and Analysis of Stationkeeping Systems for Floating Structures

API RP 2T

Planning, Designing and Constructing Tension Leg Platforms

ASTM Volume 04.08

Soil and Rock

BS 1377 (All Parts)

Methods of Tests for Soils for Civil Engineering Purposes - All Parts

CEN EN 1997-1

Eurocode 7 – Geotechnical Design - Part 1: General Rules

CEN EN 1997-2

Eurocode 7 – Geotechnical Design - Part 2: Ground Investigation and Testing

CEN EN 1998-5

Eurocode 8: Design of Structures for Earthquake Resistance – Part 5: Foundations, Retaining Structures and Geotechnical Aspects

DNV-RP-C207

Recommended Practice for Statistical Representation of Soil Data

ISO 19900

Petroleum and Natural Gas Industries - General Requirements for Offshore Structures

ISO 19901-2

Petroleum and Natural Gas Industries - Specific Requirements for Offshore Structures - Part 2: Seismic Design Procedures and Criteria

ISO 19901-4

Petroleum and Natural Gas Industries - Specific Requirements for Offshore Structures - Part 4: Geotechnical and Foundation Design Considerations

ISO 19901-7

Petroleum and Natural Gas Industries - Specific Requirements for Offshore Structures - Part 7: Stationkeeping Systems for Floating Offshore Structures and Mobile Offshore Units

ISO 19901-8

Petroleum and Natural Gas Industries - Specific Requirements for Offshore Structures - Part 8: Marine Soil Investigations

ISO 19902

Petroleum and Natural Gas Industries - Fixed Steel Offshore Structures

ISO 19903

Petroleum and Natural Gas Industries - Fixed Concrete Offshore Structures

ISO 19904-1

Petroleum and Natural Gas Industries - Floating Offshore Structures - Part 1: Monohulls, Semi-submersibles and Spars

ISO 19905-1

Petroleum and Natural Gas Industries - Site-Specific Assessment of Mobile Offshore Units - Part 1: Jack-ups

ISO 19905-2

Petroleum and Natural Gas Industries - Site-Specific Assessment of Mobile Offshore Units -Part 2: Jack-ups Commentary and Detailed Sample Calculation

ISO 19906

Petroleum and Natural Gas Industries – Arctic Offshore Structures

ISO 80000-1

Quantities and Units – Part 1: General

ISRM

Rock Characterization Testing and Monitoring - ISRM Suggested Methods (1981)

GOST 25100

Soils. Classification (1995)

SNAME

Technical and Research Bulletin 5-5 & 5-5A. Recommended Practice for Site Specific Assessment of Mobile Jack-up Units

Geotechnical Design Considerations

API RP 2GEO

Recommended Practice for Geotechnical and Foundation Design Considerations

API RP 2N

Recommended Practice for Planning, Designing, and Constructing Structures and Pipelines for Arctic Conditions

DNV-RP-F105

Free-Spanning Pipelines

DNV-RP-F109

On-bottom Stability of Submarine Pipelines

DNV-RP-F110

Global buckling of submarine pipelines structural design due to high temperature/high pressure

ISO 19901-4

Petroleum and natural gas industries Specific requirements for offshore structures – Part 4 Geotechnical and foundation design considerations

Geophysical Site Investigation

IAGC

Marine Geophysical Operations Safety Manual 7th edition, 1991

IMCA

International Marine Contractor's Association, Guidelines for the use of MBES echo-sounders for offshore survey, 2000

ISO 9000

Quality Management and Quality Assurance Standards

Engineering Surveys and Studies

EPSG Guidance Note Number 5

Coordinate Reference System Definition - Recommended Practice – Version 1.2

ISO 19115-1

Geographic information - Metadata - Part 1: Fundamentals

Meterorology and Oceanography

ICAO/WMO Doc. 9680-AN/949

Manual on the Provision of Meteorological Service for International Helicopter Operations

NOAA National Weather Service Instruction 10-303

Marine and Coastal Services Standards and Guidelines




Yüklə 71,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin