Umid Babek Operating Company



Yüklə 61,71 Kb.
tarix22.11.2018
ölçüsü61,71 Kb.
#84742


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Ümid yatağında 1 saylı Stasionar Dəniz Özülü yerləşən Generatorların qazdan mühafizəsi sisteminin avadanlıqlarının, quraşdırılması və sazlanması xidmətlərinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (GQM-001/2018) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 23 Iyul 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 24 Iyul 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236 (İki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 3 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob: (+994 50) 278 8740

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 24 Iyul 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Generatorların qazdan mühafizəsi sisteminin avadanlıqlarının, quraşdırılması və sazlanması xidmətlərinin satın alınması ilə əlaqədar keçirilən GQM-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN avadanlıqların və xidmətlərin SİYAHISI

s/s

Avadanlığın adı, markası

Ölçü vahidi

Miqdarı

1

Məntiqi idarəetmə kartı, model: SLS 1508, Giriş Gərginliyi: 24 V DC ± 20%, 1.0 A plus field power (5.0 A total), İşçi temperatur: -40 to 70°C, Sahə dövrə dərəcəsi: (Ain w/Hart / Aout w/Hart / Dout / Din): 24 VDC, 24mA / 24 VDC, 24mA / 24 VDC 500mA/Ch., 4,0A/Card / 12VDC, 8mA/Ch. , Qorunma dərəcəsi: IP 20, ATEX 3 G EEx IIC-nA T4 EN50021:1999

ədəd

1

2

İdarəetmə kabeli, mis damarlı, odadavamlı, qrup halında çəkilərkən yanmanı yaymayan, zirehli, ümümü ekranlı PVC 40x1,5

metr

100

3

Birləşmə qutusu

Mühafizə dərəcəsi:Ex d

Sertifikasıya:ATEX

Gövdənin hermetiklik tələbləri:IP 66/67

Ətraf mühitin temperaturu:(-40 to +85)°C

Gövdənin materialı: SS316 L

Kabel girişi & ölçüsü:

10 dəlik - M20 ölçülü (alt)

1 dəlik -M24 ölçülü (üst)

Terminals : 40 ədəd



ədəd

2

4

Partlayış əleyhinə kabel kipkəc, konturqayka və neylon şayba,dişli şayba, qoruyucu örtük, torpaqlanma həlqəsi ilə birgə, oxşar model HAWKE M20

ədəd

8

5

Partlayış əleyhinə kabel kipkəc, konturqayka və neylon şayba, dişli şayba, qoruyucu örtük, torpaqlanma həlqəsi ilə birgə, oxşar model HAWKE M25

ədəd

8

6

Qaz detektoru, model: Net Safety Millennium II BASIC M2B-A-A, güc sərfiyyatı 1.5 W @ 24 VDC, gərginlik diapazonu10.5–32.0 VDC (HART: 18–32 VDC), çoxrəngli LED indikasiyası, Korpus materialı: Aluminium Poliuretan örtüklü, Proses birləşməsi: paslanmaz polad 316, Analoq və 4-20mA HART, Ex d IIB+H2 T5 Gb, IP67, IEC 60079-0:2011/IEC60079-1:2007, IECEx FMG 14.0010X, Yanar qazlar (SC3 Seriyası): İnfrared və Katalitik dairə, Toksik Qazlar (ST3 Seriyası): Elektrokimyəvi, Səth montajı, Boru montajı, Kanal montajı

ədəd

7

7

Xamut, ölçüsü: 5x200 mm

ədəd

5

8

Xamut, ölçüsü: 4x100 mm

ədəd

5

9

Kabel yolu, ölçüləri: 50x50mm, paslanmaz polad 316

metr

150

10

Korob birləşdirici, 50x50 mm SS 316 üçün, M6 bolt və qayka ilə birlikdə

ədəd

200

11

İdarəetmə kabeli, mis damarlı, odadavamlı, qrup halında çəkilərkən yanmanı yaymayan, zirehli, ümümü ekranlı PVC 4x1,5

metr

300

12

Yuxarıda qeyd olunan avadanlıqların quraşdırılması və idarəetmə panelinə montajı və sazlanması

lot

1



Texniki Şərtlər

Ümid yatağı 1 saylı Stasionar Dəniz Özülündə quraşdırılacaq Generatorların qazdan mühafizəsi sisteminin Avadanlığı üçün

  1. Avadanlıqlar təklif edilərkən aşağıdakı texniki göstəriciləri nəzərə alınmalıdır.

  • Dəniz şəraitində işləməsi

  • Avadanlıqların materialı yuxarıda qeyd olunan cədvəllərdəki göstəricilərə uyğun olmalıdır.

  • Cihazların seritifaktları

  • IP dərəcələnməsi siyahıda qeyd olunan IP dərəcələrə uyğun olmalıdır.

  1. Satın alınan mallara ən azı 12 (on iki) ay zəmanət verilməlidir

  2. Satın alınan malların istehsal tarixi 01.01.2017-cü il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarasa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  3. Satın alınan mallar yeni və istifadə edilməmiş olmalıdır.

  4. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  5. Avropa və Amerika avadanlıqlarına üstünlük verilir.

  6. Satın alınan mallar 90 təqvim günü ərzində Satınalan təşkilatın ünvanına / və ya təyinat məntəqəsinə çatdırılmalıdır.

  7. Təklif edilən məhsulların texniki göstəriciləri haqqında ətraflı məlumat (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, texniki göstəricilər və digər məlumatlar) Azərbaycan və ya İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

  8. İstehsalçının lisenziyası və uyğunluq sertifikatı (surəti);

  9. Hər bir iddiaçı yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təkliflərə baxılmır.

  10. Təklif olunan malları istehsal edən şirkətlərin istehsal etdikləri məhsullar Avropa Birliyi ölkələrində, MDB ölkələrində və ya digər ölkələrdə istismar və ya istifadə edilmiş olmalıdır.

  11. Malgöndərən (podratçı) təklif etdiyi mallara istismar müddəti ərzində texniki xidmət göstərilməsi üçün Azərbaycan Respublikası ərazisində mövcud olan müvafiq xidməti göstərən, ixtisaslı kadrlara və zəruri texniki imkanlara malik xidmət mərkəzi (müəssisə və ya ofis) təklif etməlidir.


Ümid yatağı 1 saylı Stasionar Dəniz Özülündə Generatorların qazdan mühafizəsi sisteminin quraşdırılması, avadanlıqların montajı və idarəetmə panelinə sazlanması üçün

1. Avadanlıqların quraşdırılması işləri avadanlığı satan şirkət tərəfindən yerinə yetirilməlidir.



  1. Alınmış avadanlıqlar 90 təqvim günü ərzində quraşdırılmalıdır.

  2. Quraşdırmada iştirak edən işçilərin partlayışdan mühafizə oluna bilən avadanlıqlarla işləyə bilməsini təsdiqləyici sertifikatının olması

  3. Yanğınxəbərverici cihazlarla işləyə bilmələri üçün bütün kalibrasiya və tənzimləyici avadanlıqların mövcudluğu (uyğunluq sertifikatı ilə birlikdə).

  4. Həm yüksək həm də alçaq gərginlikli sistemlərdə işləyə bilən işçilərə sahib olması.

  5. İş təklifi üçün podaratçıya lazım olacaq əlavə məlumatlar (cizgi və s.) müsabiqə müddəti boyunca Sifarişçi tərəfindən təqdim olunacaq.

  6. Avadanlıqları quraşdıran şirkət quraşdıracağı avadanlıqaların quraşdırılmasına və sınaq vaxtı yararlığına cavabdedehlik daşıyır.

  7. Quraşdırma işləri yekunlaşdıqdan sonra, Quraşdırma işlərini həyata keçirən şirkət yerinə yetirilmiş işləri təhvil-təslim aktı ilə Sifarişçiyə təqdim etməlidir

  8. Quraşdırma xidmətlərinə görə qiymət təklifi ayrılıqda göstərilməlidir.



Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin