“Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı
Kanat texnikası üçün Hidravlik kipləşdirici başlıq sisteminin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (KB-001/2018) elan edir.
-
|
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
-
İştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 6 Mart 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
| -
|
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
-
Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 13 Mart 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.
-
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
| -
|
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
-
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236 (İki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
-
Hesab nömrəsi:
Voen: 1503807961 Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061, H/h AZ65HAJCHCNAZN10000098111001, M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 -
İştirak haqqı heç bir halda geri qaytarılmır.
| -
|
Təklifin təminatı:
Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.
| -
| -
Müqavilənin icra müddəti:
Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 6 ay ərzində yerinə yetirilməsi tələb olunur.
| -
|
Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə
Əlaqələndirici şəxs: Samir Orucov
Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi
Tel: (+994 12) 521 17 94
E-mail: procurement@socar-umid.com
| -
|
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.azerweb.com; www.ikisahil.az
| -
|
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 13 Mart 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
| -
|
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com
|
“Umid Babek Operating Company” Əməliyyat Şirkətinin
Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.
(İddiaçı şirkətin firma blankında)
AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN
MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il
___________№
“Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının
Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Kanat texnikası üçün Hidravlik kipləşdirici başlıq sisteminin satın alınması ilə əlaqədar keçirilən KB-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.
Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.
Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:
-
Əlaqələndirici şəxs: ____________________________
-
Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
-
Telefon nömrəsi: ______________________________
-
Faks nömrəsi: ________________________________
-
Elektron ünvan: _______________________________
Qoşma:
-
İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.
________________________________ _______________________
(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)
_________________________________
(səlahiyyətli şəxsin vəzifəsi)
SATIN ALINAN İŞLƏRİN SİYAHISI
s/s
|
Avadanlığın adı, markası
|
Texniki göstəriciləri
|
Ölçü vahidi
|
Miqdar
|
1
|
Kanat texnikası üçün hidravlik kipləşdirici başlıq sistemi
|
- min 15,000 psi işçi təzyiqi
- H2S və CO2 mühitlərinə dayanıqlı
|
dəst
|
1
|
Texniki Şərtlər
-
Iddiaçılar avadanlığa uyğun minimum aşağıdakı texniki xüsusiyyətləri və məlumatları göstərməlidir:
-
Maks işçi təzyiqi
-
Əgər aiddirsə, maks işçi temperaturu
-
Sistemdəki avadanlıq və alətlərin texniki göstəriciləri:
-
Yağ vurucu aqreqatın tipi
-
Yağ vurucu aqreqatın işçi təzyiqi
-
Yağ vurucu aqreqatın maksimum kütləsi
-
Yağ vurucu aqreqatın ölçüləri
-
Şlanqların ölçüləri
-
Şlanqların işçi təzyiqi
-
Sistemdə istifadə olunacaq kipləşdiricilər aşağıdakı mühitlərdə kipləşdiricilik qabilliyyətini itirməməlidir:
-
H2S
-
CO2
-
Metanol
-
Glikol
-
Dizel
-
Avadanlıqlar əməliyyatlar zamanı qaz quyularında istifadəyə uyğun olmalıdır.
-
Avadanlıqların istismar təlimatı proseduru (quraşdırma, istifadə) podratçı şirkət tərəfindən təmin edilməlidir.
-
İddiaçı tərəfindən təqdim olunan Qiymət təklifi siyahısında göstərilən avadanlıqların sertifikatları və pasportları əlavə olunmalıdır.
-
Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.
-
Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.
-
Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.
-
Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:
- Malın mənşə sertifikatı (əsli);
- Qablaşdırma barədə sənəd;
- Keyfiyyət sertifikatı, sınaq sertifikatı (əsli);
- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);
- Malın texniki pasportu, istismar müddətinə dair məlumat və istismar təlimatı (əsli);
- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;
- Malın sığortalanmasını təsdiq edən sənəd (CİF şərti olduqda) (əsli);
-
Avadanlıqların sınaq işləri üçün bütün xərclər müsabiqənin qiymət təklifinə daxil edilməlidir.
-
Avadanlıqların aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:
-
APİ 6A və/və ya NACE MR0175
Dostları ilə paylaş: |