Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,56 Mb.
səhifə12/55
tarix30.04.2018
ölçüsü2,56 Mb.
#49827
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Süfrə sahibinə hörmət


Yəqub Ləys Sistanın görkəmli şəxsiyyətlərindən olmuş və qaniçən Abbasi hökumətinə qarşı inqilabın bünövrəsini qoymuşdur. Gənclikdə bir müddət misgərliklə məşğul olan Yəqub qazancını tay-tuşlarına xərcləyərdi. O, səxavətli, azad düşüncəli olduğundan ətrafına xeyli gənc toplaşmışdı.

Az sonra misgərliyin daşını atan Yəqub nəhayət, Sistan əmirinin xəzinəsini yarmaq qərarına gəlir. Xəzinə güclü mühafizə dəstələri tərəfindən qorunduğu üçün Yəqub dostları ilə birlikdə yerin altı ilə lağım atmağa başlayır. Bu tunelin qazılması altı ay vaxt aparır. Nəhayət, bir gecə xəzinəyə yol açılır. Xəzinədə olan bütün ləl-cəvahirat, dinar-dirhəm, qızıl-gümüş kisələrə doldurulur. Yəqub xəzinədə öz parlaqlığı ilə diqqəti cəlb edən bir daş görür. O, daşı tanımaq üçün dilinə toxundurur. Yəqub dilinə gələn daddan hiss edir ki, bu parlaq şey duz parçasıdır. Dostlarına əmr edir ki, bütün yüklər boşaldılsın və hamı xəzinədən çıxsın. Bütün gənclər müti halda xəzinəni tərk edirlər. Yəqub deyir: “Dilimə Sistan əmirinin duzu dəydi. Bir insanın duzunu daddıqdan sonra onun xəzinəsini yarmaq namərdlikdir!”

Xəzinədar xəzinədə baş vermiş təəccüblü hadisəni əmirə xəbər verdikdən sonra əmir şəhərdə car çəkdirir ki, bu işi görmüş adam onun yanına gələrsə mükafat alacaq.

Yəqub tərəddüd etmədən əmirin yanına gedir və bu təəccüblü işin arxasında dayanan duz məsələsini ona aydınlaşdırır. Əmir bu şücaətli cavanı öz qoşunuda mühüm vəzifələrdən birinə təyin edir. Məhz bundan sonra Yəqub zalım Abbasilər hökuməti ilə mübarizəyə başlayır.

Günah insanın ruhunu, düşüncəsini, qəlbini bulaşdıran mənəvi çirkinlikdir və o, insanı Allahın lütf və mərhəmətindən məhrum edir. Günah insanı bəlalardan qoruyan pərdələri yırtır. Günah insanın dünya və axirət sirlərini faş edir, onu bəndəlik məqamından uzaqlaşdırır.

Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük (“kəbirə”) və kiçik (“səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: “Müqabilində Cəhənnəm əzabı vəd edilmiş günahlar böyük günahlardır.”47 Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. “Nisa” surəsinin 31-ci ayəsində buyurulur: “Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...” İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şəri qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə’ xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə’ günahın təkrarı...


Günahın təsirləri


Ayə və rəvayətlərdə günahın bir çox tə’sirləri bəyan olunmuşdur. Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı etibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur.

İmam Sadiq (ə) buyurur: “Əgər günah olmasa heç bir damar kəsilməz, heç bir ayağa daş dəyməz, qarşıya heç bir çətinlik çıxmaz, heç bir xəstəlik baş verməz. Ona görə Allah-Taala öz kitabında buyurur: “Düşdüyünüz müsibətlərin səbəbi yol verdiyiniz günahlardır və Allah çox günahlarınızı bağışlayır.”48 Başqa bir rəvayətdə İmam (ə) buyurur: “Şübhəsiz ki, insan günaha batdığı üçün gecə namazından məhrum olur və günah bıçaqdan daha kəsərlidir.”49

İmam Riza (ə) buyurur: “Allah-Taala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: “Mənə itaət olunsa razı qalaram. Razı qalsam, bərəkətimi göndərərəm və mənim bərəkətim sonsuzdur. Mənə itaətsizlik göstərilsə qəzəblənərəm. Qəzəblənsəm, lənət edərəm və lənətim yeddi qatdan keçər.”50

Tarixə nəzər salsaq görərik ki, bir çox övladlar atalarının günahı səbəbindən xəstəliyə kasıblığa, çətinliyə düçar olmuşlar. Onların düşdükləri vəziyyət əslində Allahın rəhmətidir. Əziyyət görən övladlar, adətən, atalarının günahlarını təkrar etmirlər.

Günahların davam etdirilməsi haqqında Həzrət Əli (ə) buyurmuşdur: “Bütün bəndələrin qırx günahını örtəcək pərdələr vardır. Allah-Taala öz mələklərinə vəhy edər ki, bəndəmi qanadlarınızla gizlədin. Mələklər bəndəni qanadları altına alar. Günahlar davam etdikdə mələklər deyər: “Pərvərdigara! Bəndən hər bir günaha batır və biz onun işlərindən xəcalət çəkirik”. Allah-Taala buyurar: “Qanadlarınızı çəkin”. İş Əhli-beytlə (ə) düşmənçilik həddinə çatdıqda hörmət pərdələri yarılar. Mələklər deyərlər: “Pərvərdigara, bəndən örtüksüz qaldı”. Allah-Taala vəhy edər: “Əgər Allah ona diqqət yetirsəydi, sizə göstəriş verməzdi ki, qanadlarınızı qaldırın.”51

Qiyamətə günahın nəticəsinə diqqətli insan diri, günaha batmağın ağrılı nəticələrindən çəkinməyən insan isə ölüdür!


Həya pərdəsini yırtan günahlar


Məşhur mühəddis Şeyx Səduq İmam Zeynəl-abidin (ə)-dan belə bir hədis nəql edir: “Hörmət pərdələrini yırtan günahlar bunlardır: məstedici maddə qəbul etmək, qumarbazlıq, xalqı güldürmək üçün mənasız işlər görmək, xalqın eyibini açmaq, günahda ittiham olunanla yoldaşlıq.”

“Kumeyl” duasındakı “əzabların qarşısını alan pərdələri yırtan günahlar” ifadəsi yuxarıda zikr olunmuş hədis vasitəsilə aydınlaşır.


Spirtli içki içmək


İmam Musa ibn Cəfər (ə) və İmam Cavad (ə) spirtli içki içməyi böyük günahlardan sayır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. “Butulka şeytan” olduqca təhlükəli və amansız bir düşməndir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.

İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərab içən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər.52

Həzrət Əli (ə)-dan soruşurlar: “Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?” Həzrət (ə) buyurur: “Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar.”53

İslam Peyğəmbəri (s) buyurur: “Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərab içən şəxs elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. Şərab içənin şəfaəti qəbul olunmaz, dedikləri təsdiq edilməz. Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur.”54



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin