Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,56 Mb.
səhifə36/55
tarix30.04.2018
ölçüsü2,56 Mb.
#49827
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

Pərdənin götürülməsi


Bəndə bilməlidir ki, bütün aşkar və gizlinlərdən xəbərdar olan Allah nədənsə xəbərsiz qala bilməz. Keçmiş, bu gün və gələcək Onun qarşısında aşkardır. O, bütün gizli işlərdən xəbərdardır. Əgər günahlarımızı açsa, nə ata-anamızın, nə ailə-övladımızın, nə də xalqın gözünə baxa bilərik. Günahlar aşkarlansa, insanlar arasındakı inam və etibar itər.

Bəndə duanın bu yerində eyibləri örtən Allahdan rüsvay edilməməsini istəyərək sızıldayır. Bəndə əmin olmalıdır ki, Allah-Taala tövbə edən bəndəsini rüsvay etmir. O, bəzi bəndələri haqqında buyurur: “Onlardan Özüm sorğu-sual edərəm ki, hətta rəhmət peyğəmbərimin yanında belə günahları açılmasın.” İmam Səccad (ə) “Əbu Həmzə” duasında Allahın bəzi sifətlərini belə bəyan edir: “Eyibləri örtən, günahları bağışlayan, gizlinləri bilən (Allah), günahları böyüklüyünlə örtər, cəzaları helminlə təxirə salarsan.” Bəzi bəndələr vücudlarının məhdudluğuna baxmayaraq o qədər eyiblərin üstünü örtürlər ki, onların haqqında olan dastanlar insanı heyrətə gətirir. Belə isə, vücudu nəhayətsiz və naməhdud olan Allahın eyib örtməyi görün necə ola bilər?!

Yəqub peyğəmbər (ə) qardaşlarının Yusifin başına gətirdiklərini bilmək istədiyi vaxt Yusif yalnız bunu deyir: “Ey ata, Allah baş verənlərdən keçdi və göz yumdu.”303

Maraqlı əhvalat


Xorasanın təqvası ilə tanınmış insanlarından olan Əbu Əbdürrəhman haqqında yazırlar: “Bir şəxs öz suallarına cavab tapmaq üçün onun yanına gəlir. Söhbət zamanı həmin şəxsdən yel xaric olur. Əbu Əbdürrəhman dərhal özünü karlığa vuraraq deyir: “Ucadan danış, yaxşı eşitmirəm.” Baş vermiş hadisədən özünü itirən şəxs alimin zəif eşitməsinə inanıb özünə gəlir.”

Əbu Əbdürrəhman Hatəm ibn Yusuf Əsəm (yə’ni kar) dünyasını dəyişdikdən sonra hikmət sahiblərindən biri onu yuxuda görüb soruşur: “Allah səninlə necə rəftar etdi?” Hatəm Əsəm deyir: “Bir eşitdiyimi eşitməməzliyə vurduğum üçün Allah bütün eyiblərimi bağışladı.”

“Və la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati min sui fili və isaəti və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti

(“Xəlvətdə yol verdiklərimə çirkin işlərimə günahlarıma, bəndəlikdə süstlüyümə nadanlığıma, şəhvətiminin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə”)


İlahi maarifdən məlum olur ki, əgər insan möhlət verilmədən cəzalandırılsaydı, yer üzündə bir nəfər də sağ qalmazdı. Lakin Allah-Taala öz bəndələrini cəzalandırmağa tələsmir, onlara tövbə edib təmizlənmək üçün möhlət verir. Bəzən də cəza ona görə təxirə salınır ki, bu nəsildən mömin insanların vücuda gəlməsi mümkün olsun. Bəzən isə uşaqların göz yaşı, gecəni oyaq qalan aşiqlərin duaları cəzaları yubandırır.

Ola bilər ki, günah əhlinin etinasızlığı bu təxirin qarşısını alsın. Amma dua, yalvarış, göz yaşı, tövbə yolu ilə cəzalar təxirə düşə bilər. Yunis qövmünün tövbə və dua vasitəsi ilə Allahın cəzasını təxirə salması deyilənlərə nümunədir.

Bunu da qeyd etməliyik ki, artıq gəlib çatmış cəzanı kimsə yubada bilməz. Bəzən bu cəzalar qıtlıq, bahalıq, səma bəlaları, cəmiyyətdə biganəlik və inamsızlıq və sairə şəkillərdə də təzahür edə bilər.

Mənəviyyatın pozulması şəklində gələn cəza haqqında Həzrət Peyğəmbər (s) Həzrət Əli (ə)-a belə buyurur: “Ya Əli, məndən sonra bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər və yalan şübhələri, haramları halal tanıyarlar. Məstedici içkiləri halal içki, haram malı hədiyyə sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.”304

Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi əslində Allahın cəzası olaraq insani mənəviyyatın şeytani xislətə çevrilməsidir. Bu hala Bəni-İsrail qövmünün düşdüyü vəziyyət misal ola bilər: “İlahi rəhmətdən məhrum edilmiş meymunlara çevrildilər.”305

İmam (ə) bu mövzuya toxunarkən dörd məsələni qeyd edir:


1. Təfrit (ifratın ziddi);

2. Cəhalət;

3. Şəhvət;

4. Qəflət


Təfrit


Təfrit dedikdə Allaha itaətdə və xalqa xidmətdə göstərilən etinasızlıq və süstlük nəzərdə tutulur. Vəzifəyə münasibətdə təfrit, yəni yüngül münasibət insanın başına böyük bəlalar aça bilər. Həzrət Əli (ə) buyurur: “Təfrit böyük müsibətdir.”306 “Təfritin sonu peşmançılıq, uzaqgörənliyin meyvəsi salamatlıqdır.”307 “Sə’y edərək irəli düşənlərin sonu Behişt, səhlənkarlıq edənlərin sonu isə atəşdir.”308

İmam Sadiq (ə) buyurur: “Təfritə yol verən kəs böyük çətinliklərə düçar olar.”309


Cəhalət


Həqiqətdən xəbərsizlik, dünya və axirət işlərinə münasibətdə cəhalət olduqca təhlükəli bir xəstəlikdir. Bu xəstəliyə elm və mərifət yolu ilə əlac olunmazsa nəticə olduqca ağır ola bilər. Ötən söhbətlərimizdə bu mövzuda yetərincə danışdıq.

Şəhvət


Şəhvət insanın ələ keçirmək istədiyi bir şeyə şiddətli rəğbətidir. Əgər bu rəğbət çirkin şeylərədirsə insanı günaha batıracaq və nəhayət insan dünya və axirət əzabına düçar olacaqdır.

Şəhvətin oyanmasının səbəbi dünyaya hədsiz məhəbbətdir. Bu insan şeytan qucağında bitmiş ağac kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır. Bu ağac Cəhənnəmdəki Zəqqum ağacının oxşarıdır. Əlbəttə ki, həyəcanlanmış şəhvət qarşısında moizə və nəsihət təsirsizdir.

Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış bu qorxulu ağacın yeddi çox çirkin budağı var:
1. Məqam, vəzifə və cah-cəlal şəhvəti;

2. Var-dövlət şəhvəti;

3. Ev-eşik, imarət şəhvəti;

4. Qadına şəhvət;

5. Ləzzətli yeməklər və məstedici içkilər şəhvəti;

6. Qiymətli və əlvan geyim şəhvəti;

7. Günahkarlarla yaxınlıq şəhvəti.
Bu yeddi şəhvət istər-istəməz insanda yeddi şeytani sifət doğurur:
1. Təkəbbür;

2. Riyakarlıq və lovğalıq;

3. Həsəd;

4. Hərislik və tamah;

5. Xəsislik;

6. Zülm;


7. Qəzəb.
Dünya məhəbbəti quyusuna düşənlər, şəhvət zülmətində qərq olanlar ölüm məqamında qəflətən oyandıqları zaman, anlayırlar ki, düzəlişi mümkün olmayan bir səhvə yol veriblər.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin