Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,56 Mb.
səhifə35/55
tarix30.04.2018
ölçüsü2,56 Mb.
#49827
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Nəfsin halları


Qurani-Kərimdə nəfsin halları zikr olunmuşdur. Bu hallar insanın gerçəkliyə dini həqiqətlərə əxlaqi dəyərlərə diqqətsizliyi nəticəsində yaranır. Nəfsin qeyd olunmuş hallarına nəzər salaq:
1. Əmmarə nəfs;

2. Dəssayi nəfs;

3. Səfəhi nəfs;

4. Təsvili nəfs;

5. Rəhineyi nəfs;

6. Həvayi nəfs;

7. Həsrəti nəfs.
“Yusif” surəsinin 53-cü ayəsində oxuyuruq: “Doğrudan da, Allah rəhm etməyəcəyi təqdirdə nəfs pisliyə əmr edəndir.” (“Əmmarə”) .

“Şəms” surəsinin 10-cu ayəsində oxuyuruq: “Nəfsini günah fisq-fücurla örtən şəxs Allahın rəhmətindən məhrum oldu.” (“Dəssayi”)

“Bəqərə” surəsinin 130-cu ayəsində isə belə buyurulur: “Özünə səfehliyi rəva biləndən savayı kim İbrahim ayinindən üz döndərər?” (“Səfəhi”)

“Yusif” surəsinin 18-ci ayəsində buyurulur: “Yəqub oğlanlarına dedi: - Yusifi canavar yeməyib. Əslində nəfsiniz çirkinliyi sizə gözəl göstərib.” (“Təsvili”)

“Muddəssir” surəsinin 38-ci ayəsində oxuyuruq: “Hər bir nəfs batdığı günahın girovudur.” (“Rəhineyi”)

“Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: “Allahın məqamından qorxan və nəfsini fəlakətə düşməkdən saxlayan şəxsin yeri, həqiqətən, Behiştdir. (“Həvayi”)

“Zumər” surəsinin 56-cı ayəsində oxuyuruq: “İşi o yerə çatdırmayın ki, Qiyamət günü nəfs desin: - Əfsus, Allahın qarşısında göstərdiyim itaətsizliyə.” (“Həsrəti”)

Şeyx Bəhai “Ərbəin” kitabında deyir: “Rəvayətlərdə nəfs dedikdə şəhvət və qəzəb kimi heyvani qüvvələr nəzərdə tutulur.” Qəzzali deyir: “Nəfs əql qüvvələrinə qarşı çıxan bütün məzəmmət olunmuş sifətlərin cəmidir.”

Hikmət sahibləri deyir: - “Nəfslə cihad dedikdə şeytani hallara düşmüş nəfs nəzərdə tutulur. Nəfsin digər halları əqlə aiddir. Nəfsin mələk sifətlərinə malik halları var və məhz bu hallar vasitəsi ilə ibadət yerinə yetirilir. Nəfslə cihad onu sakitləşdirib, heyvani meyllərdən uzaqlaşdıranadək davam edir.

Sədi deyir ki, bir şəxsdən “ən pis düşmən nəfsdir” hədisi haqqında soruşdum. Dedi: - “Ona görə ki, bütün düşmənlərə ehsan etdikdə dost olur. Amma nəfsə öz ehsanını artırsan, düşmənçiliyini artırar.”

Əqldən kənarda yaşayan nəfs həvasının tabeçiləri əslində divanədirlər. Bəhluldan soruşdular ki, - “Şəhərdə neçə divanə var?” Cavab verdi ki, - “Onları saymaq çox çətindir, aqillərin sayını soruşun, deyim.”

Nəfsin islahı


Kamil bəsirətə malik məsum İmamlar (ə) hər bir işin yolunu və maneəsini bilirdilər. Nəfsin islahı haqqında Həzrət Əlinin (ə) dəyərli buyruqları “Ğurərul-hikəm” kitabında nəql olunmuşdur:

“Nəfsini islah etmək istəsən orta həddi gözlə qənaət et, dünyanı əhəmiyyətsiz bil.”

“Nəfsin süqutuna aparan namünasib işlərlə cihad nəfsin islahıdır.”

“Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.”

“İlahi təqva qəlb xəstəliklərinizin dərmanı, nəfs çirkinliklərinizin pakedicisidir.”

“Nəfsin fəsadı dünyaya heyrətli şəkildə şövq duymaqdır.”

“Fəsadların böyüyü qeyri-şəri ləzzətlərə heyrətlə şövq duymaqdır.”

“Xoş o kəsin halına ki, nəfs Fironuna qarşı çıxır və ağıl Musasına itaət edir.”

Bu ilahi kəlamlardan məlum olur ki, hər kəsin daxilində bir Firon və bir Musa vardır. Musa kamalına çatmaq istəyən şəxs Firon nəfsinə qarşı çıxmalıdır. Firona itaət edənlər fəlakətə Musaya itaət edənlər qurtuluşa yetəsidir.

“Saffat” surəsinin 120-ci ayəsində buyurulur: “Salam Musaya və Haruna.” Həmin surənin 122-ci ayəsində oxuyuruq: “Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimiz idi.”

Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə qoşa pərvaz edir...”Nəfslərinizi haram şəhvət çirkinliklərindən pak edin ki, yüksək mənəvi dərəcələrə nail ola biləsiniz.”

Bəli, ali məqamlara çatmaq istəyənlər, dar təbiət qəfəsindən mərifət bağına keçməyi arzulayanlar öz nəfslərini heyvani şəhvət çirkabından təmizləməlidirlər. Nəfs çirkinlikdən paklandıqdan sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.

Hikmət sahibləri buyururlar ki, nəfsi dörd yolla paklamaq olar:
1. Ədəbsizlərdən ədəb öyrənmək;

2. Ədəb əhli ilə ünsiyyət;

3. Həqiqi dostlardan öz eyblərini soruşmaq;

4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək.


Günü günə satmaq


Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. “Bu gün-sabah”lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı.

Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, “bu gün-sabah”lardan nicat əta edəsən! Bu büdrəmələr məni nəhayət dərəcədə zərərə salıb, Səninlə görüşdən məhrum edə bilər.


Bu yolunu azmış nəfsə dəva yox,

Elə küfrə batıb, zərrə şəfa yox.

Nə qədər olmuşsa həvəslərə qul

Çətin sona yetə bu xətərli yol.

İbrahim eşqindən xəbərsiz insan

İnanma atəşi görə gülüstan.

Nəfsini danlayan peşiman olmaz,

Əhrimənə uyan Süleyman olmaz.

Ya Rəbbi, kənarda sığınacaq yox,

Dərgahından qeyri isti qucaq yox.


“Ya Səyyidi, fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali

(“Ey mənim Ağam! İzzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə dualarımın qarşısını almasın.”)


Ey mənim mehriban Allahım! Əməllərimin pisliyini və hərəkətlərimin çirkinliyini dualarımın qarşısında hicab qərar vermə!

Dua yolunun bağlılıq səbəbi


İnsan tövbə etmədiyi təqdirdə günahlar ilahi rəhmətə çatmaqda, duaların qəbul olunmasında bir maneədir. Çirkin əməl insanı dua halından məhrum edir. Hətta dua etməyə müvəffəq olsa da, bu dualar qəbul dərəcəsinə çata bilmir.

Dua qapısının insanın üzünə bağlanması bəndənin Allahın hüzurundan qovulması əlamətidir. Aşiq bir arif deyir: - “Duadan məhrum olmağım onun qəbulundan məhrum olmağımdan daha pisdir.”

Duanın bu hissəsində dua edən şəxs Allahı Onun izzətinə and verib belə istəyir: “Ey mənim Ağam, dualarımı Sənin hüzurunda təsirsiz edəcək pis əməl və hərəkətlərimi aradan götür. Qoy bu əməllər məndən dua gücünü almasın və mən dərgahına gəda kimi gəlim, Sən də öz rəhmətinlə dualarımı qəbul edəsən.”

Bir rəvayətdə nəql olunur ki, Həzrət Əli (ə) bir neçə səhabəsi ilə birlikdə yoldan keçərkən başını divara söykəyib istəyinin qəbulu üçün Allahı Onun izzətinə and verən bir gənc görür. Həzrət (ə) buyurur: - “Bu andla bu cavanın duası hökmən qəbuldur.”

Bəli, mehriban Allah duaların qarşısını alan maneələri aradan qaldırmaq gücünə malikdir. Yandırıcı odu İbrahimə iti bıçağı İsmailə təsirsiz edən Odur!
“Və la təfzəhəni bixəfiyyi məttələtə ələyhi min sirri

(“Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə.”)



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin