Bəlanın mə`nası
Kəramət və bəsirət sahibləri “Allahummə əzuməl-bəlai” cümləsindəki “bəla” kəlməsini bir neçə cəhətdən mə`nalandırmışlar:
1. Günah.
Qeyd olunur ki, “bəla” dedikdə xəstəliklərin ən böyüyü olan günah nəzərdə tutulur. Əgər insan tövbə və saleh əməl vasitəsi ilə bu xəstəliyi müalicə etməsə qəlbi ölümə məhkumdur. Qəlb öldükdən sonra Allahla bəndə arasındakı bağlar qırılır və insan Allahın rəhmətindən əbədi məhrum olur.
İmam Səccad (ə) “Taibin” duasında bu həqiqətə işarə edərək belə buyurur: “Böyük cinayətim olan həmin günahkarlığım qəlbimi öldürmüşdür.” Əbuzərdən hansı xəstəliyə düçar olduğunu soruşdular. Cavab verdi ki, «günahlarımın xəstəliyinə.»
Dostları ilə paylaş: |