2. Yaxın məqamdan uzaqlıq.
Alimlərin fikrincə «böyük bəla» Allaha yaxın məqamdan uzaq düşməkdir. Bu elə bir məqamdır ki, iman, saleh əməl və gözəl əxlaq vasitəsi ilə əldə edilir, Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığına səbəb olur.
Belə bir məqamdan uzaq düşənlər, nəhayət, insanlıqdan, iman və saleh əməllərdən əsər-əlamət olmayan bir səviyyəyə - şeytanlara və dördayaqlı heyvanlara məxsus olan bir səviyyədə enirlər.
İlahi məqama doğru daim hərəkətdə olanlar xüsusi feyzlərdən faydalanırlar. Bu feyzlərin tə`sirindən insan vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini uzadır. Belələri üçün xalis bəndəlikdən başqa bir iş yoxdur. Onların yeganə arzusu məhbubun ağuşuna yetişməkdir.
Yusif Siddiq rəbbani eşqin tə`siri altında Kən`anın evini məscidə döndərdi. Yolun başlanğıcında rö`yalar aləminə səyahət edib bə`zi məqamlardan xəbərdar oldu. Züleyxa üçün zəlalət uçurumu olan saray Yusif üçün yüksəliş zirvəsinə döndü. Yusif zindanı ibadət məkanına çevirdi. Nəhayət, Misir sultanlığını xalqa xidmət üçün vasitə etdi.
Ey qəlb fəryad qopar, nalə çək, ağla,
Ol vəfalı yarı axtar, soraqla.
Sirrini açmaqçün o qara zülfün,
Hər telini götür, ayrı daraqla.
Bu eşq kitabında çatmaqçün haqqa,
Oxu asta-asta, aram varaqla.
Ya Rəbb, bu candakı həvəs ağacın,
Kökdən qopar, yerdə otun oraqla.
Eşqindən qəlbimə düşməsə işıq,
Süzəcək dünyanı şirin maraqla.
Yaddan çıxarılmaq istəməyən can,
Götür eşq kəmərin, belinə bağla.
3. Nadanlıq.
Cəhalət və nadanlıq da «böyük bəla» hesab olunur. Bütün bədbəxtliklərin və məhrumiyyətlərin kökü nadanlıqdır. Həzrət Əli (ə) buyurur:
“Cəhalət xəstəlik və gücsüzlükdür.”275
“Cəhalət xəstəliklərin ən şiddətlisidir.”276
“Cəhalət diriləri öldürür, bədbəxtlikləri əbədi edir.”277
“Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”278
“Cahil diri də olsa, ölüdür.”279
“Cahil su axmayan daş, budağı cücərməyən ağac, otsuz torpaqdır.”280
Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: “Mən cəhaləti səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.”281
Dostları ilə paylaş: |