Əməldə qüsur
Əgər insan səadətə mə`nəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Qur`an və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir.
Əgər əməllər mə`rifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?!
Böyük mə`nəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: “Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!”287
Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mə`rifət çırağı yandırıb mə`nəvi həyatın zövqlərini əldə edə bilər.
Şəhid Qazi Nurullah Şüştəri “Məcalisul-mu`minin” kitabında belə rəvayət edir:
Üveys Qərən gecələrin bir qismində “bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də “bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - “Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: “Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”
Dostları ilə paylaş: |