Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə137/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   133   134   135   136   137   138   139   140   ...   193

Dəlillər


Batdığı günahlar, yol verdiyi xətalara görə insanın Allah qarşısında heç bir üzrü yoxdur. Əgər desə ki, qüvvəm çatmayıb, yalan deyir. Bəhanə gətirsə ki, nadan olmuşam, yenə də yalan deyir. 124 min peyğəmbərin, beş ilahi kitabın, milyonlarla din təbliğatçısının, minarələrdən ucalan azan səslərinin xəbərdarlığı nadanlığı bəhanə gətirənlərin ziddinə dəlildir.

Əgər insan ağıldan zəif olduğunu səbəb göstərsə dünya işlərində göstərdiyi fərasət bu bəhanəni də yalana çıxarar.

Yuxarıda sadalananlar axirət günü insanın ziddinə gətiriləcək dəlillərin cüz`i bir hissəsidir. Demək, bütün bəhanə qapıları bağlanmışdır. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü gözəlliyi ucbatından fəsada düşmüş bir qadın gətirilər. O deyər ki, mənə verdiyin gözəllik səbəbindən günaha düçar oldum. Onun gətirdiyi bəhanəyə qarşı Həzrət Məryəmi (ə) misal gətirib deyərlər: “Sən gözəlsən, yoxsa bu böyük qadın?! Biz onu daha gözəl yaratdıq, amma o özünü qorudu və fəsada düşmədi.” Sonra gözəlliyinə görə günaha düşmüş bir kişi gətirilər. O da düşdüyü günahlarda gözəlliyini təqsirləndirər. Onun dəlilini puça çıxarmaq üçün Həzrət Yusifi (ə) gətirər və deyərlər: “Sən gözəlsən, yoxsa bu böyük insan?! Biz onu daha gözəl yaratdıq, amma o özünü günahdan qorudu.” Sonra bəladan qurtarmaq üçün günaha düşmüş bir şəxs gətirilər. Bu şəxs düşdüyü bəlanı üzr gətirəndə ona Həzrət Əyyubu göstərib deyərlər: “Sənin bəlan böyük idi, yoxsa bu böyük insanın bəlası? O daha böyük bəlalara düşdü, amma fəsaddan qorundu.”323
Candan keç, canan axtar,

Cananda başqa can var.

Gör hara çatdı Səlman,

Saf ürəklə gəz İslam.

Ötmə’ yaxşı sal nəzər,

Bə`zən gizli olur şər.

Burax dünya dərdini,

Əyəsidir qəddini.

Düş o şeyin ardına,

Gorda çatsın dadına.

Vüsal gəzirsənsə sən,

Sel axmalı gözündən.

Çox şirin sonda acı,

Hamı əməl möhtacı.

Xızır tək tər axıtsan,

Şad olarsan bir zaman.

Bu sözdə tapsan şəfa,

Bizlərə də et dua.


“Və qəd ətəytukə ya İlahi, bə`də təqsiri və israfi əla nəfsi mu`təzirən nadimən, munkəsirən, mustəqilən, mustəğfirən, munibən, muqirrən, muz`inən, mu`tərifən la əcidu məfərrən mimma kanə minni, və la məfzəən ətəvəccəhu iləyhi fi əmri ğəyrə qəbulikə uzri, və idxalikə iyyayə fi səətin min rəhmətikə.”

(“İndi, ey Mə`bud, lütf və mərhəmət dolu hüzuruna gəlmişəm. Amma təqsirə yol verib nəfs istəklərində həddi aşdıqdan sonra! Üzrxah, peşman, qəlbisınıq, bağışlanma diləyən, Sənə tərəf qayıdan, günahlarını e`tiraf edən, qaçmağa yer tapmayan halda ki, Sən, ey mehriban Allah, üzrlərimi qəbul edəsən və məni geniş rəhmətinə çatdırasan!”



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin