Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə148/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   144   145   146   147   148   149   150   151   ...   193
    Bu səhifədəki naviqasiya:
  • Namaz

Qonağın haqqı


Tarixçilər yazır:

Məşhur sərkərdə Mə`n ibn Zaidə 300 əsirin qətlinə fərman verir. Əsirlərin arasında olan, hələ büluğ həddinə çatmamış bir oğlan deyir: “Ey əmir, səni and verirəm Allaha, su içməmiş bizi qətlə yetirmə.” Əmir göstəriş verir ki, əsirlərə su paylansın. Oğlan suyu içib deyir: “Ey əmir, sənin süfrəndən istifadə edib, sənə qonaq olduq. Böyüklər qonağa hörmət göstərməyə layiqdirlər.” Mə`n deyir: “Düz deyirsən.” Sonra isə bütün əsirləri azad edir.

Bəli, Həzrət Əli (ə) buyurduğu kimi, Allahın süfrəsində qonaq olmuş bəndənin əzab görəcəyi ehtimal olunmur.
Kiçilmişik torpağadək,

«Mən» bütümüz çilik-çilik.

Kiçilməklə ucalmışıq,

Məhəbbətdən kam almışıq.

Sənsən səbrü-qərarımız,

Yox dünya adlı yarımız.

Göz açılır görür Səni,

İnan, yox başqa həmdəmi.

Günahımız olsa da çox

Səcdəmizin qatqısı yox.

Yoxsa da bir günah duyan

Nəyimiz var Sənə əyan.

Çıxsa da suçumuz dizə

Öz qəmimiz yetər bizə.

Qaradırsa da naməmiz.

Göz yaşıdır nişanəmiz.

Olarmı ki, sınıq könül

Od içində qala zəlil?


“Və ləytə şi`ri, ya Səyyidi və İlahi və Məvlayə, ətusəllitun-narə əla vucuhin xərrət liəzəmətikə sacidətən, və əla əlsunin nətəqət bitəvhidikə sadiqətən və bişukrikə madihətən və əla qulubini`tərəfət biilahiyyətikə mühəqqiqətən və əla zəmairə həvət minəl-ilmi bikə hətta sarət xaşiətən və əla cəvarihə səət ila əvtani təəbbudikə taiətən və əşarət bistiğfarikə muz`inətən, ma hakəzəz-zənnu bikə və la uxbirna bifəzlikə Ənkə ya Kərimu ya Rəbb.”

(“Ey mənim Ağam, ey mənim Mə`budum, ey mənim Mövlam! Ey kaş biləydim ki, əzəmətin qarşısında torpağa səcdə edən çöhrələri oda salacaqsan? Tovhidin və həmdin üçün sədaqətlə mədh oxuyan dilləri, İlahiyyətini e`tiraf edən qəlbləri, mə`rifətinin əhatə etdiyi və qarşında təvazökar olan batinləri, pərəstişgahlarına eşqlə tələsən və bağışlamağını axtaran əzaları odda yandıracaqsanmı? Xeyr, Sənin haqqında belə bir güman yoxdur. Fəzl və ehsanın haqqında belə bir xəbər verilməyib, ey Kərim, ey Pərvərdigar!”)


Namaz


İbadətlər arasında ən əhatəli olan namazdır. Namaz vasitəsi ilə təvazökarlıq və müt`ilik izhar olunur, Allahın birliyi e`tiraf edilir, təşəkkür bildirilir. İnsanın iradəsinə tabe olaraq bütün əzalar Kə`bə evinə peyğəmbər və imamların (ə) hərəminə tələsir. Məhz namaz yolu ilə mə`rifət əhli Allahı, özünü, yaranış hədəflərini tanıyır. Beləcə ilahi məzhərdə təvazö’ göstərir, gizlində və aşkarda Allahın birliyi təsdiq olunur, qəlb dili ilə ne`mətlərə şükür edilir, mə`rifət dolu könüllərlə müqəddəs məkanlar ziyarət olunur.

Mə`rifət əhli nə üçün Allaha nikbin olmamalıdır?! Hansı peyğəmbər, hansı kitab iman əhlinin cəzalandırılacağını xəbər verir?! Əksinə bütün mö`təbər mənbələrdə təsdiq olunur ki, iman, saleh əməl, gözəl əxlaq sahibləri büdrəsələr də tövbə etdikləri üçün Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.

İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas üçün Allah dərgahına əl açaq!

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.”333 “Tə’rifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.”334 “Elə ki, namaza durdun, qibləyə üz tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.”335

Həzrət Əli (ə) buyurur: “Namaz mərhəmət nazil edər.”336 “Namaz hər bir təqvalını Allaha yaxınlaşdırır.”337 “Sizə namaz və onun hifzini tapşırıram. Çünki namaz əməllərin üstünü və dinin sütunudur.”338 “Namazda olan insanın cismi, libası və bütün ətrafındakılar təsbih deyir.”339 “Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu` ilə yerinə yetirəsən.”340


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin