Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə151/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   147   148   149   150   151   152   153   154   ...   193

Bərzəx və Qiyamət əzabları


Qur`ani-Kərimdə xüsusi ilə onun son üç cüzvündə Bərzəx və Qiyamət əzabları təsvir olunur. Bu mövzu rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah düşmənləri haqqında buyurur: “Allahın düşməninə rəftar və görünüşcə çox çirkin, üfunət qoxuyan bir mələk yaxınlaşar. Mələk deyər: “Səni qaynar su və Cəhənnəmlə müjdələyirəm...”348

İmam Baqir (ə) buyurur: “Od əhli əzabın ağırlığından it və canavar kimi ulayar. Onlar üçün ölüm yoxdur, əzab yüngülləşmir, ac və susuzdurlar, gözləri zəifdir,çöhrələri qaradır...”349

İmam Sadiq (ə) buyurur ki, bir gün Cəbrail çox narahat halda Həzrət Peyğəmbərə (s) nazil olur. Həzrət (s) bu qəmginliyin səbəbini soruşur. Cəbrail deyir: “Bu gün Allah-Taala od haqqında əmr verdi. Bu od min il yanıb qızarmış, min il yanıb ağarmış, daha min il yanıb qaralmış bir oddur. Bu qaranlıq maddə zülmətə bürünmüşdür. Bu oddakı zəncirdən bir halqası dünyaya düşsə, dünya əriyər. Onun zəqqumundan bir damlası yer sularına qatılsa, üfunətindən dünya əhli məhv olar...”350

Pərvərdigara! Bu ağır əzablar qarşısında mən zəif bəndənin halı necə olacaq?! İbadətim naqis, günahım çox olsa da Sənin, Peyğəmbər və imamlarının, nazil etdiyin kitabının aşiqiyəm. Bəndəlik və ibadətdən qaçası deyiləm, günahkarlığı peşə seçməmişəm. Bütün nöqsanlarımın səbəbi mə`rifətimin azlığı və iradəmin zəifliyidir. Məni günaha sövq edən şey nəfsin qələbəsidir. Kamil və xalis ibadət həvəsindəyəm, günahdan təmizlənmək arzusundayam. Şeytanın, tağutun, nəfsimin əlindən zara gəlmişəm. Vüsal həsrətindəyəm, məni bağışla, mənə əl tut, günahdan xilas et, ibadətə həvəsləndir, Behişt qapılarını üzümə aç!


“Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə liəyyil umuri iləykə əşku və lima minha əziccu və əbki, liəlimil-əzabi və şiddətihi, əm litulil bəlai və muddətihi, fələin səyyərtəni lil-uqubati məə ə`daikə və cəmətə bəyni və bəynə əhli bəlaikə və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaikə fəhəbni ya İlahi, və Səyyidi, və Məvlayə və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqikə və həbni səbərtu əla hərri narikə fəkəyfə əsbiru əninnəzəri ila kəramətikə əm kəyfə əskunu finnari və rəcai əfvukə.”
(“Ey Mə`bud, ey Pərvərdigar, ey Ağa, ey Mövla! Hansı müsibətimə görə dərgahına şikayət edim, hansı çətinliyimə görə nalə çəkim? Əzab və çətinliyinə ya bəlaların uzunluğuna görə? Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan, məni aşiqlərdən ayrı salsan nə edərəm?! Ey Mə`bud, ey Ağa, ey Mövla, ey Pərvərdigar! Tutaq ki, əzabına dözdüm, bəs ayrılığına necə səbir edim? Tutaq ki, yandırıcı atəşin qabağında dayandım, bəs kəramətinə göz yummağa necə tab gətirim? Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum?”)
Gəl dua əlini açıb göylərə

Nalə çəkib rəhmət yağdıraq yerə.

Günaha bulanmış qəlbin şəfası

Nalədir, naləylə mümkün xilası.

Gözlərindən qanlı yaşlar axıtsan,

Dərdinin dəvası olacaq asan.

Quru gözlə döymə hacat qapısın,

Elə ağla, sanki qurulub yasın.

Bilki yanan ürək olası elçi,

Göz yaşıyla axtar şəfi bələdçi.

Vasitə seç o pak olan hüzura,

Çağır Əhli-beyti düşəndə dara.

Əvvəlcə son qoyub günah, riyaya,

İç vəhdət camından, çat o liqaya.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin