Dosta şikayət
Aşiqlər mövlası Əmirəl-mö`minin Əli (ə) duanın bu hissəsində bəla və çətinliklərdən dostun dərgahına şikayət edir:
Səndən başqa dərdlərimə kim dəva edə bilər?
Sənsən bütün müşküllərin həlli əlində olan.
Sənsən bir işarə ilə bütün dərdlərə şəfa verən.
Sənsən çətinlikləri, bəlaları aradan qaldıran.
Sənsən Həzrət Zəhranın göz yaşları içində üz tutub bu sözləri dediyi kəs: “Pərvərdigara! Səndən hidayət, təqva, iffət, ehtiyacsızlıq, razılığına uyğun əməl istəyirəm...”351
Sənsən tövhid qəhrəmanı Həzrət İbrahimin (ə) Kə`bə evini tikdikdən sonra oğlu İsmail ilə birlikdə bu dua ilə üz tutduğu kəs: “Ey Rəbbimiz! Hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et.”352
Sənsən 950 il əzab-əziyyətdən sonra Nuhun üz tutduğu və bütün düşmənləri böyük tufanda həlak edən kəs.
Sənsən Bədr döyüşündə düşməndən üç qat az olan mö`minləri Peyğəmbərin (s) duası ilə qələbəyə çatdıran.
Bu zülmətdən bir yol tapılsa əgər,
Şəksiz, ətəyinə çatası əllər.
Əlbət yetərsizdir mənim istəyim.
Sənin istəyindir işdə köməyim.
Kəsilməz ümidim bir an da olsun
Ya rəhmətin ensin, ya qəlb ucalsın.
Enən nura cismim qurban olası,
Vüsal həsrətində nəfəs alası.
Nurundan bir soraq yoxdursa hələ
Rüsxət ver ki, bu can önünə gələ.
O nur ensə torpaq çıxası təbdən,
Qorxuram gəlişim olmaz ədəbdən.
Layiq deyilsə də bu can liqaya,
Ləyaqətçün razı min bir bəlaya.
Bundan başqa arzu-diləyimiz yox,
Qızıldan-gümüşdən köməyimiz yox.
Həsrətdən uçunub bu can xonçası,
Külək qopsa Sənə qanad açası.
Sənsən bütün peyğəmbərlərə imamlara, mö`minlərə sığınacaq verib nəvaziş göstərən.
Kimdir qapından əliboş qayıdan? Kimdir istəyi yerinə yetirilməyən? Hansı tövbəkarın tövbəsi qəbul olunmayıb?!
Dostları ilə paylaş: |