Harun və Bəhlul
Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə “Harun, Harun, Harun” deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: “Məni tanıyırsan?” Bəhlul dedi: “Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan.” Harun ağladı və dedi: “Halımı necə görürsən?” Bəhlul belə cavab verdi: “Qur`ana bax, halını bil.” Sonra bu ayəni oxudu: “Şübhəsiz ki, yaxşılar Behiştə və şübhəsiz ki, pislər Cəhənnəmə göndərilər.”359 Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu: “Allah yalnız təqvalılardan qəbul edir.”360 “Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olsun?”–deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu: “Sur üfürüldüyü vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz.”361 Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşur. Bəhlul yenə Qur`an ayəsi oxuyur: “Həmin gün Rəhman olan Allahın icazə verdiyindən savayı digər şəfaət fayda verməz.”362
Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var? Bəhlul deyir: - “Günahlarımı bağışla, məni Behiştə göndər.” Harun deyir: “Məndə belə bir güc yoxdur. Amma deyirlər borcun var, bəlkə borcunu ödəyim?” Bəhlul deyir: “Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə.” Harun başqa təklif edir: “Gəl, ömrünün sonunadək sənə maaş tə`yin edim.” Bəhlul yenə e`tiraz edir: “Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!”
Xəzinələr fəna, qənaət bəqa,
Biri sultan malı, o biri gəda.
“Əfəturakə subhanəkə ya İlahi və bihəmdikə təsməu fiha səvtə əbdin muslimin sucinə fiha bimuxalifətihi və zaqə tə`mə əzabiha bimə`siyətihi, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətihi, və huvə yəziccu iləykə zəcicə muəmmilin lirəhmətikə və yunadikə bilisani əhli təvhidikə və yətəvəssəlu iləykə birububiyyətikə”
(“Səni beləmi tanıyırlar, ey mənim mə`budum?! Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim mə`bud, Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidirsən ki, Səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadıb, cinayətlərinə görə Cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tovhid əhlinin dili ilə nida edir, Sənin rübubiyyətinə doğru vasitə axtarır.”)
Ayə və rəvayətlərdə Cəhənnəm səhnəsinin ağrı-acıları haqqında eşidən bəsirət sahiblərinin bədəni lərzəyə gəlir, qəlblərini qorxu bürüyür. Onlar bu sıxıntıdan qurtulmaq üçün Allaha pənah aparır, ilahi qadağalardan çəkinir, hətta bə`zən həyəcandan dünyalarını da dəyişirlər.
Dostları ilə paylaş: |