Səlman və mö`min gənc
İmam Sadiq (ə) nəql edir ki, bir gün Kufədə Səlmanın yolu dəmirçilər bazarından düşür. Özündən getmiş bir gəncin başına camaatın toplaşdığını görür. Səlmana deyirlər ki, bir dua oxu, bəlkə ayıldı. Səlman gəncin başı üstə durub onun ayılmasını gözləyir. Oğlan özünə gəldikdə Səlmanı görüb deyir: “Mənim haqqımda bir söz desələr, düz deyil. Dəmirçilərin çəkic səsini eşidib “Günahkarlar üçün dəmirdən gürzlər var”363 ayəsini xatırladım və əzab qorxusundan huşumu itirdim.”
Səlman dedi: “Sən mənə din qardaşı olmağa dəyərsən.” Bu hadisədən sonra Səlman bu oğlanla rəfiq oldu.
Bir gün oğlan xəstələndi. Səlman can verən dostunun başı üstə oturmuş və deyirdi: “Ey ölüm mələyi, qardaşımla müdara et, yaxşı keçin.” Cavab gəldi: “Mən bütün mö`minlərlə müdara əhliyəm.”364
Dostları ilə paylaş: |