Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə173/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   169   170   171   172   173   174   175   176   ...   193

İsmi-ə`zəm


Hikmət sahibləri və ariflər belə hesab edirlər ki, “Rəbb” mübarək kəlməsi “tərbiyə edən” mə`nasını daşıyır və İslamda ən yüksək məqama malik “İsmi-ə`zəm” kəlmələrindəndir. Bu sözə bağlanan insan Allahın rəhmətinə yol tapır, yolundan maneələr götürülür, günahları bağışlanır. Bütün peyğəmbər və imamların Allaha bu kəlmə ilə müraciət etməsi onun İsmi-ə`zəm, yə`ni Allahın böyük adı olmasına inam yaradır.

Adəm və Həvva (ə) tövbə etdikləri vaxt belə dedilər: “Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq.”380

Həzrət İbrahim (ə) belə dua etdi: “Ey Rəbbim, mənə hökumət əta et və məni salehlərə qovuşdur.”381

Həzrət Nuh doqquz yüz əlli il əzab-əziyyətdən sonra belə ərz etdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir qoyma.”382

Həzrət Musa (ə) Allaha belə müraciət etdi: “Ey Rəbbim, Sənin nazil edəcəyin hər hansı bir xeyirə möhtacam.”383

Həzrət Süleyman (ə) belə ərz etdi: “Ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, kimsə ona nail ola bilməsin.”384

Həzrət Zəkəriyya (ə) övlad istədiyi vaxt belə ərz etdi: “Ey Rəbbim, məni tək qoyma. Sən varislərin ən yaxşısısan.”385

Həzrət Yusif (ə) Allah dərgahına üz tutub belə dedi: “Ey Rəbbim, Sən səltənətindən mənə pay verdin...”386

Həzrət Əyyub (ə) bəlalar zamanı belə ərz etdi: “Ey Rəbbim, mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən.”387

İslam Peyğəmbəri (s) isə belə ərz etdi: “Ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan.”388

Salehlər və mö`minlər kainatın yaradılışı haqqında düşündükləri vaxt belə ərz etdilər: “Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru.”389

Hətta son dərəcə təkəbbürlü olan İblis Allaha bu adla müraciət etdi: “Ya Rəbb, mənə Qiyamətə qədər möhlət ver.”390

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs yeddi dəfə “ya Rəbbi” desə duası qəbul olar. Başqa bir rəvayətdə nəql olunur ki, mö`min bəndə bir dəfə “ya Rəbbi” deyərək Allahı çağırsa, Allah-Taala “ləbbəyk” buyurar. İkinci, üçüncü dəfə bu adla çağırdıqda nida olunar ki, “istə əta edim.”391


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin