Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə183/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   179   180   181   182   183   184   185   186   ...   193

Əhməd Xezrəviyyə və oğru


Əxlaqlı xəlq olunub, hamı ilə əxlaqlı rəftar edənlər, həqiqətən, ilahi əxlaq cilvəsidirlər.

Rəvayət edirlər ki, bir gün Əhmədin evinə girmiş oğru dəyərli bir şey tapmayıb evdən çıxmaq istəyir. Onu gizlindən müşahidə edən Əhməd deyir: - “Sənin əliboş getməyinə razı deyiləm. Quyudan su çək, tövbə qüslü ver, dəstəmaz al, namaz qıl, bəlkə əlinə bir şey gəldi.” Oğru özündən ixtiyarsız Şeyxin əmrinə tabe olur. Hava işıqlanar-işıqlanmaz qapı döyülür, bir varlı şəxsin xidmətçisi Şeyxə yüz əşrəfi hədiyyə gətirir. Şeyx yüz əşrəfini oğruya verib deyir: - “Bu sənin bir gecə ixlaslı ibadətinin zahiri mükafatıdır.” Oğru bu işlərdən tə`sirlənib birdəfəlik doğru yola qədəm qoyur.


Yıxıldı torpağa, keçdi adından,

Tövbəylə qurtuldu günah odundan.

Ərz elədi Şeyxə “dönmüşəm daha”,

Çətin bir də yolum düşə günaha.

Bu günkü sevgini yaşayan andan

Ötən günlər üçün könül pərişan.

Nə yaxşı ki, səcdə oldu qismətim,

Pərdə altda qaldı çox cinayətim.

Gecə-gündüz gedəm mə`şuqa doğru

Çətin ki, ruhumda duyula ağrı.

Səadət axtarsan iki dünyada

Sal gerçək mə`budu hər zaman yada.


“Vəc`əl lisani bizikrikə ləhicən, qəlbi bihubbikə mutəyyəmən, və munnə ələyyə bihusni icabətikə əqilni əsrəti, vəğfir zəlləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətikə və əmərtəhum biduaikə və zəmintə ləhumul-icabətə fəiləykə ya Rəbbi nəsəbtu vəchi, və iləykə ya Rəbbi mədədtu yədi, fəbiizzətikəstəcib li duai, və bəlliğni munayə və la təqtə` min fəzlikə rəcai, vəkfini şərrəl-cinni vəl-insi min ə`dai
(“Pərvərdigara! Dilimi zikrinlə danışdır, qəlbimi məhəbbətinlə doldur, mənə dualarımın qəbulu ilə minnət qoy, büdrəmələrimə göz yum, günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim, üzümü yalnız Sənə tutdum, ehtiyac əlimi yalnız Sənə uzatdım, Səni izzətinə and verirəm, duamı qəbul et, məni arzuma çatdır, ehsanından ümidimi kəsmə’ cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır.”)

Dil


Allahın insana əta etdiyi böyük ne`mətlərdən biri də dildir. Dilin savabları böyük olduğu kimi, günahları da böyük və ağırdır. Ariflər deyirlər: “Dilin çəkisi az, günahı isə ağırdır.”

Böyük mühəddis Molla Möhsün Feyz Kaşani “Məhəccətül-bəyza” kitabında buyurur: “Dil iyirmiyə yaxın böyük günaha qadirdir: qeybət, böhtan, sözgəzdirmə’ istehza, şayiə yayma, yalan, söyüş, təhqir və s.”(6-190).

Qur`ani-Kərimdə dilə yalnız on növ söz danışmağa icazə verilmişdir. Bu çərçivədən çıxan insan şeytana bəndə olur:

1. “Həsən” danışıq, yə`ni xalqla xoş danışıq.433

2. “Əhsən” danışıq, yə`ni insanları Allah tərəfə də`vət.434

3. “Ədl” danışıq, yə`ni məhkəmədə doğru şəhadət.435

4. “Sidq” danışıq, yə`ni cəmiyyətdə mö`minlərin xeyrinə və düz danışıq.436

5. “Kərim” danışıq, yə`ni ata-ana ilə xoş danışıq.437

6. “Ləyyin” danışıq, yə`ni insanları yaxşıya əmr edib, pisdən çəkindirən vaxt mülayim danışıq.438

7. “İman” danışıq, yə`ni Allahın birliyi və peyğəmbərliyin iqrarı.439

8. “Sədid” danışıq, yə`ni hər zaman savab danışıq.440

9. “Mə`ruf” danışıq, yə`ni yetimlər və ailəyə nəvaziş.441

10. “Bəliğ” danışıq, yə`ni nəsihətli, natiq danışıq.442
Bu çərçivəni gözləyən insanın mükafatı yalnız Allaha bəllidir. Biz yalnız əhsən «danışıq» haqqında söhbət edəcəyik. Həzrəti Peyğəmbər (s) Həzrət Əlini (ə) Yəmən camaatının hidayəti üçün göndərdiyi vaxt ona buyurur: “Ya Əli (ə)! Bir şəxsi haqqa də`vət etməyincə onunla vuruşma.”

Namaz qılmaq, Qur`an qiraət etmək, Əhli-beyt dualarını onların şərtlərinə əməl etməklə oxumaq, deyilən on şərt daxilində danışmaq Allahın zikrləridir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin