Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə185/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   181   182   183   184   185   186   187   188   ...   193

Duanın qəbulu üçün zəmanət


“Bəqərə” surəsinin 186-cı ayəsində oxuyuruq: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, onların duasını qəbul etməyə yaxınam.” “Ğafir” surəsinin 60-cı ayəsində isə belə buyurulur: “Mənə dua edin, dualarınızı qəbul edim.”

Amma unutmaq olmaz ki, bu zəmanət heç də bütün dualara aid deyildir. Yalnız o duaların qəbuluna zəmanət verilir ki, bu dualarda zəruri şərtlərə əməl edilsin.

Biri dua edə bilər ki, “Pərvərdigara, dünyanın bütün sərvətini mənə ver, ömrümü Qiyamət gününədək uzat, məni Yusifdən gözəl, Davuddan xoşavaz, Həzrət Əlidən (ə) şücaətli et”. Yaranış qanunlarına uyğun gəlməyən bu məntiqsiz duaların qəbuluna zəmanət mümkün deyil. Həqiqət aşiqlərinin isə həm özləri, həm də duaları ölçü-biçilidir. Mə`rifətli insan duası qəbul olmadıqda bunu Allahın məsləhəti bilir və qətiyyən üzülmür.

Rəvayətlərdə nəql olunur ki, dua peyğəmbərlərin və mö`minlərin silahıdır. Dua insanı labüd çətinliklərdən qurtarır, sağalmaz xəstəlikləri sağaldır.

Əhli-beyt rəvayətlərində duanın qəbulu üçün bir sıra şərtlər bəyan edilir: ixlas, hər şeyin Allahdan asılı olmasına yəqinlik, vacib əmrlərə itaət, pak qəlb, düz danışan dil, halal ruzi, xalqın haqqını ödəmə qəlbin iştirakı, qəlbdə həyəcan, “bismillahir-rəhmanir-rəhim”lə başlamaq, Peyğəmbər (s) və Əhli-beytə (ə) salavat göndərmək, günahların e`tirafı, ah-nalə üzü torpağa qoymaq, iki rək`ət namaz, duanın qəbul olacağına ümid, özündən əvvəl başqalarına dua, boş şeylər istəməmək, cəm halda dua, gizlində dua.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin