Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə45/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   41   42   43   44   45   46   47   48   ...   193

Süfrə sahibinə hörmət


Yə`qub Ləys Sistanın görkəmli şəxsiyyətlərindən olmuş və qaniçən Abbasi hökumətinə qarşı inqilabın bünövrəsini qoymuşdur. Gənclikdə bir müddət misgərliklə məşğul olan Yə`qub qazancını tay-tuşlarına xərcləyərdi. O, səxavətli, azad düşüncəli olduğundan ətrafına xeyli gənc toplaşmışdı.

Az sonra misgərliyin daşını atan Yə`qub nəhayət, Sistan əmirinin xəzinəsini yarmaq qərarına gəlir. Xəzinə güclü mühafizə dəstələri tərəfindən qorunduğu üçün Yə`qub dostları ilə birlikdə yerin altı ilə lağım atmağa başlayır. Bu tunelin qazılması altı ay vaxt aparır. Nəhayət, bir gecə xəzinəyə yol açılır. Xəzinədə olan bütün lə`l-cəvahirat, dinar-dirhəm, qızıl-gümüş kisələrə doldurulur. Yə`qub xəzinədə öz parlaqlığı ilə diqqəti cəlb edən bir daş görür. O, daşı tanımaq üçün dilinə toxundurur. Yə`qub dilinə gələn daddan hiss edir ki, bu parlaq şey duz parçasıdır. Dostlarına əmr edir ki, bütün yüklər boşaldılsın və hamı xəzinədən çıxsın. Bütün gənclər müt`i halda xəzinəni tərk edirlər. Yə`qub deyir: “Dilimə Sistan əmirinin duzu dəydi. Bir insanın duzunu daddıqdan sonra onun xəzinəsini yarmaq namərdlikdir!”

Xəzinədar xəzinədə baş vermiş təəccüblü hadisəni əmirə xəbər verdikdən sonra əmir şəhərdə car çəkdirir ki, bu işi görmüş adam onun yanına gələrsə mükafat alacaq.

Yə`qub tərəddüd etmədən əmirin yanına gedir və bu təəccüblü işin arxasında dayanan duz məsələsini ona aydınlaşdırır. Əmir bu şücaətli cavanı öz qoşunuda mühüm vəzifələrdən birinə tə`yin edir. Məhz bundan sonra Yə`qub zalım Abbasilər hökuməti ilə mübarizəyə başlayır.

Günah insanın ruhunu, düşüncəsini, qəlbini bulaşdıran mə`nəvi çirkinlikdir və o, insanı Allahın lütf və mərhəmətindən məhrum edir. Günah insanı bəlalardan qoruyan pərdələri yırtır. Günah insanın dünya və axirət sirlərini faş edir, onu bəndəlik məqamından uzaqlaşdırır.

Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük (“kəbirə”) və kiçik (“səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: “Müqabilində Cəhənnəm əzabı və`d edilmiş günahlar böyük günahlardır.”47 Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. “Nisa” surəsinin 31-ci ayəsində buyurulur: “Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...” İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şər`i qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə’ xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə’ günahın təkrarı...



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin