Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə64/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   60   61   62   63   64   65   66   67   ...   193

ALDANIŞ (QÜRUR)


İnsanı həqiqətdən qafil saxlayan maddi və mə’nəvi işlərə aldanış çox təhlükəlidir. Dünyanın bər-bəzəyinə aldanıb həqiqəti inkar edənlər, dünyanın müvəqqəti olduğunu, bir gün qəbrə sakin olacaqlarını, bərzəx səhnəsində çirkin əməllərə görə əziyyət çəkəcəklərini və cəhənnəm əzabına düçar olacaqlarını unudurlar.

Onlar dünyanı nağd, axirəti isə nisyə zənn edirlər. Müvəqqəti dünya ləzzətləri ardınca qaçır və əbədi axirətə şəkk edirlər. Onlar Allahın, 124 min peyğəmbərin, mə’sum imamların axirət və’dələrini qəbul etmək, iman yolunda addım atmaq, günahdan çəkinmək və əxlaqlarını zinətləndirmək fikrində deyildirlər. Bu insanlar düşünmürlər ki, axirət ne’mətləri dünyadakı zəhmətlərin məhsuludur. İslam Peyğəmbəri (s) buyurur ki, dünya axirətin tarlasıdır. Axirət dünyadan təcrid olunmuş bir şey deyil. O, dünya həyatının bir başqa formasıdır. Dünyanı nağd, axirəti nisyə bilmək isə nadanlıq əlamətidir. İlahi göstərişlərdən qəflətdə olanlar elə düşünürlər ki, əgər Allahın rəhməti hər şeyi bürümüşsə ibadətə təqvaya, günahdan çəkinməyə ehtiyac yoxdur. Onların fikrincə Allahın nəhayətsiz rəhməti müqabilində insanın günahları o qədər kiçikdir ki, bu günahlar əzaba səbəb ola bilməz. Onlar anlamırlar ki, şeytan və azğın nəfs insanı zahiri gözəl, batini isə çirkin və’dələrlə aldadır.

İslam Peyğəmbəri (s) buyurur: «Ayıq və zirək o kəsdir ki, nəfsinə qarşı çıxıb, ölümdən sonra üçün çalışsın. Nadan o kəsdir ki, nəfsinə tabe olub, Allaha əsassız ümidlər bağlasın».111

Bu insanlar unudurlar ki, yalnız rəhməti haqqında düşündükləri Allah bir çox Qur’an ayələrində günahkarlara, xeyir işdən uzaq düşənlərə özünü bəyənənlərə əzab və’d etmişdir. Allah-Taala öz rəhmətini yalnız iman və təqva əhlinə aid edir: «Heç şübhəsiz, iman əhli, Allaha xatir yurdundan hicrət edənlər və Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümid edə bilərlər».112

Günaha qərq olub, Allahın vacib buyurduğu əməllərdən çəkinərək Onun rəhmətinə ümid etmək aldanışdır. İmam Sadiq (ə) buyurur: «Bir dəstə insan növbənöv günahlara bulaşıb Allahın rəhmətinə ümidvar olduqlarını söyləyir. Belələri ümid və arzularda iztiraba düşənlərdir. Onlar yalan deyirlər və ümidvar deyildirlər. Bir şeyə ümid bağlayan insan ona çalışar, bir şeydən qorxan insan ondan qaçar».113

Həzrət Əli (ə) buyurur: «Qəflət, qürur, aldanış məstliyindən oyanmaq şərab məstliyindən oyanmaqdan çətindir»; «İnsan günah batlağında qərq ola-ola Allahdan bağışlanmaq ümidindədirsə Allah haqqında yanılır».114

İslam Peyğəmbəri (s) ibni Məs’uda buyurur: «Ey ibni Məs’ud! Allaha məğrur olma (əsassız ümid etmə), bər-bəzəyə elminə əməlinə yaxşılığına, bəndəliyinə aldanma.»115


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin