Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə7/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   2   3   4   5   6   7   8   9   10   ...   193

Ümidsizlik kafirlik əlamətidir


Dua edən insan Allah tərəfindən duaya də`vət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə və`d verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.

Qur`ani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. “Yusif” surəsinin 87- ci ayəsində buyurulur:

“Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən mə`yus olmayın.12

Allahın Rəsulu (s) buyurur: “Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.”13

İmam Sadiq (ə) buyurur: “Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”14

İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı və`d edilir. Duanın dərhal qəbul olmaması insanı mə`yus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir. Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mö`min heç bir vəchlə Allahdan ümidini üzmür.

Dua və onun qəbulu haqqında mö`təbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə) buyurmuşdur : “Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: “Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”

Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bə`zən dualar qəbul olur, bə`zən isə bir müddət tə`xirə düşür. Görəsən, bu tə`xirdən məqsəd duanı davamlı etməkdirmi? İmam buyurur ki: -”Bəli”.15



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin