QƏLBİSINIQ İNSANIN ÇAĞIRIŞINA DİQQƏTSİZLİK
Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir.
Şərik deyilsənsə özgə qəminə
Heç ümid bağlama vüsal dəminə.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil».143 Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir.
İmam Sadiq (ə) buyurur: «Allah mö’minin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar. ... Mö’minin aclığını doyuran kəsə Allah behişt meyvəsi yedirər. Mö’minin susuzluğunu şərbətlə yatıran kəsin susuzluğunu Allah «rəhiqi məxtum» ilə yatırar».144
İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mö’min qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlasın».145
Dostları ilə paylaş: |