ZİKR MƏQAMI
Öz bəndəsinin qəlbini təmizlədikdən sonra Allahın ona ilham etdiyi zikr dua kitablarındakı zikrlərdən fərqlənir. Bəndəyə ilham olunmuş zikr dünya və axirət səadətinin əsasıdır. Qafil kəslər bu zikrlərdən məhrumdurlar.
İlham olunmuş zikr dil yox, hal zikridir. Bu zikr vasitəsi ilə insanın bəsirət gözü açılır və o, sonsuz gözəl bir görüşə nail olur.
Bir sevgidir ki, yeri könüldə
Çətin ki, bir kimsə saxlaya əldə.
Bu sevgidir qəlbi nura bürüyən,
Yalnız könül içrə odda əriyən.
Endiyi məkanın itmiş qərarı,
Gecə də gündüz də axtarır yarı.
Xəyalı dağınıq, addımı titrək,
Dil-dodaq nə bilsin nə çəkir ürək.
Özgədən yalandır tapıla çarə
Vüsala yetincə əlbət avarə.
Müxlisdir, riyadan büsbütün uzaq,
Dünyaya, varına göstərməz maraq.
Mələklər də «amin» söylər bu eşqə
Anlayarlar onun sevdası başqa.
İlhami zikr imam Səccad (ə)-ın «bizi gizli zikrə mə’nus et, pak əmələ və bəyənilmiş səyə yetir» duasıdır.
İslam Peyğəmbəri (s) öz «mənzilət» hədisində, güman ki, bu həqiqətə işarə etmişdir: «Hər zaman Allahı xatırlayan mö’min üçün beş nur mövcuddur: daxil olduğu yer, çıxdığı yer, dediyi sözlər, yediyi qida nurdur və qiyamət günü üzü nura tərəfdir».
Mə’rifət əhli, haqq yolçusu üçün varlıq aləmində Allahın zikrindən şirin şey yoxdur. İnsan dünyəvi bağlılıqların və heyvani istəklərin əsarətindən çıxmasa heç zaman bu zikrə nail ola bilməz.
«Əllahummə inni əs’əlukə sualə xaziin mutəzəllilin xaşiin, ən tusamihəni və tərhəməni və təc’ələni biqismikə raziən qaniən və fi cəmiil-əhvali mutəvaziən»
(«Pərvərdigara, Səndən təvazökar, zəlil, itaətkar bir bəndə kimi mənim riayətə etməyimi etməyini, mənə rəhm etməyini, qismət etdiyindən razı salmağını və bütün hallarda təvazökar saxlamağını istəyirəm».)
Dostları ilə paylaş: |