2-Rəhmət və mehribanlıq.
Kitabın əvvəlində imkan daxilində ilahi rəhmət haqqında danışıldı. Qeyd edildi ki, ilahi rəhmət bəndəlik vəzifələrini yerinə yetirənlərin, digər bəndələrlə mehriban olanların, «rəhm et ki, rəhmət görəsən» şüarına əməl edənlərin halına şamildir. Vacib vəzifələri yerinə yetirməkdə süstlük göstərən, günahdan çəkinməyən, xalqla qəzəbli rəftar edən kəs heç kimdən mehribanlıq gözləməməlidir.
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın yüz rəhməti var. Cinlər və insanlar, quşlar və heyvanlara nazil edilmiş bir rəhmət vasitəsi ilə onlar bir-birləri ilə mehribandırlar. Allah qalan doxsan doqquz rəhməti ilə qiyamət günü bədənlərinə rəhm edər».188 «Allah-Taala qiyamət günü mö’minlərə deyər: «Mənimlə görüşüməyi sevərdinizmi?» Deyərlər: «Bəli, ey Rəbbimiz». Soruşular ki, nə üçün? Deyərlər: «Çünki bağışlayacağına ümidvar idik». Allah-Taala buyurar: «Sizi bağışlamağım vacib oldu.»189 «Allah-Taala qiyamət günü buyurar ki, Məni bircə gün yada salanı və ya hansısa məqamda Məndən qorxanı oddan çıxarın.190 «Allah-Taala öz mö’min bəndəsinə qarşı övladına mehriban anadan daha mehribandır».191
Mə’sum imamların kəlamından mə’lum olur ki, ilahi rəhmət qazanmağın yolu ibadət və itaət, günahdan uzaqlıq və xalqa mehribanlıqdır. Allah Rəsulu (s) buyurur: «Rəhm edənlərə Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, Allah da sizə rəhm etsin».192
«Ənisül-ləyl» kitabında belə nəql olunur: Həzrət Musa (ə) Allah-Taalaya ərz etdi ki, Sənin razılığını hansı xasiyyətlə qazanmadım? Buyurdu: «Şüeybin qoyunlarını otarıb çobanlıq etdiyin vaxt, çox isti bir yay günü sürüdən qaçmış çəpişin ardınca getdin. Uzun yol və isti hava səni çox incitdi. Keçini tutduğun vaxt dedin ki, özünü də məni də məşəqqətə saldın. Sonra onu çiyninə alıb sürünün yanına qayıtdın. Keçiyə göstərdiyin mehribanlığa görə başına tac qoyub, belinə kəramət kəməri bağladım və səni peyğəmbərliyə seçdim».
Bir kişi Həzrət Peyğəmbərə (s) ərz etdi ki, istəyirəm Allahım mənə rəhm etsin. Həzrət (s) buyurdu: «Özünə və yaranmışlara rəhm et ki, Allah da sənə rəhm etsin».193
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın əmrinə itaət etməklə özünüzü onun rəhmətinə çatdırın».194 Həzrət Əli (ə) buyurur: «Rəhməti artırmaq üçün ən tə’sirli iş, bütün xalqa mərhəmət istəyidir».195 «Xalqı bağışlamaqla rəhmət nazil olar».196 «Zəiflərə mərhəmət Allahın mərhəmətini nazil edər197
Dostları ilə paylaş: |