Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə107/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   103   104   105   106   107   108   109   110   ...   193

PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN


Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bə’zi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».

Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:

1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.

2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bə’zi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına e’tiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.»258

3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış tə’sirləri nəzərdə tutulur. Yə’ni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.
Aşiqdə əğyara zərrə maraq yox,

Dərgahından özgə yerdə pənah yox.

Aşiqik, söyləmiş sevgi sultanı

Mə’şuqla görüşdür hicran dərmanı

Bilə-bilə Sən tək pənahımız var

Xəcilik qarşında, günahımız var.

Hər nə yazılmışsa kəlməsi doğru,

Bu yolda büdrəyən çəkəsi ağrı.


«La ilahə illa əntə subhanəkə və bihəmdikə»

(«Səndən başqa bir mə’bud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)


«La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi tə’bir olunur. Hər kəs dildə təhlil, yə’ni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yə’ni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.

Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Qur’an və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.


Kimsədə eşqinə varmağa güc yox,

O eşqə varanda durmağa güc yox.

Hansı könül quşu düşsə qəfəsə

Qəmli nəğmə üçün gələr həvəsə.

Dirilməz ölü qəlb min bir acıdan,

Yalnız eşq qəmindən ucalır insan.

Sevgidir gecəyə layla çalan da,

Bal kimi yuxunu gözdən alan da.

Əfsus ki, bayquş tək görmədik nuru.

Gizli xəzinələr olmasa aşkar,

Üstündə fəqirik, gözlərimiz dar.

Olsa da zərrələr haqqa harayda

Bu kar qulaqlara çətin ki, çata.
Doğrudan da varlıq aləmində insanı ne’mətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına e’tiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin