Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə124/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   120   121   122   123   124   125   126   127   ...   193

Nəfsin islahı


Kamil bəsirətə malik mə`sum İmamlar (ə) hər bir işin yolunu və maneəsini bilirdilər. Nəfsin islahı haqqında Həzrət Əlinin (ə) dəyərli buyruqları “Ğurərul-hikəm” kitabında nəql olunmuşdur:

“Nəfsini islah etmək istəsən orta həddi gözlə qənaət et, dünyanı əhəmiyyətsiz bil.”

“Nəfsin süqutuna aparan namünasib işlərlə cihad nəfsin islahıdır.”

“Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.”

“İlahi təqva qəlb xəstəliklərinizin dərmanı, nəfs çirkinliklərinizin pakedicisidir.”

“Nəfsin fəsadı dünyaya heyrətli şəkildə şövq duymaqdır.”

“Fəsadların böyüyü qeyri-şər`i ləzzətlərə heyrətlə şövq duymaqdır.”

“Xoş o kəsin halına ki, nəfs Fir`onuna qarşı çıxır və ağıl Musasına itaət edir.”

Bu ilahi kəlamlardan mə`lum olur ki, hər kəsin daxilində bir Fir`on və bir Musa vardır. Musa kamalına çatmaq istəyən şəxs Fir`on nəfsinə qarşı çıxmalıdır. Fir`ona itaət edənlər fəlakətə Musaya itaət edənlər qurtuluşa yetəsidir.

“Saffat” surəsinin 120-ci ayəsində buyurulur: “Salam Musaya və Haruna.” Həmin surənin 122-ci ayəsində oxuyuruq: “Şübhəsiz ki, onların hər ikisi Bizim mö`min bəndələrimiz idi.”

Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə qoşa pərvaz edir...”Nəfslərinizi haram şəhvət çirkinliklərindən pak edin ki, yüksək mə`nəvi dərəcələrə nail ola biləsiniz.”

Bəli, ali məqamlara çatmaq istəyənlər, dar təbiət qəfəsindən mə`rifət bağına keçməyi arzulayanlar öz nəfslərini heyvani şəhvət çirkabından təmizləməlidirlər. Nəfs çirkinlikdən paklandıqdan sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.

Hikmət sahibləri buyururlar ki, nəfsi dörd yolla paklamaq olar:
1. Ədəbsizlərdən ədəb öyrənmək;

2. Ədəb əhli ilə ünsiyyət;

3. Həqiqi dostlardan öz eyblərini soruşmaq;

4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin