Hatəm İsəm öz dövrünün tanınmış arifi olmuşdur. Xalq arasında böyük hörmətə malik olmasına baxmayaraq, maddi çətinliklər içində yaşamışdır.
Bir gecə dostlarla oturub Kə`bə evinin ziyarətindən danışdıqları vaxt Hatəmin qəlbində bu ziyarətə böyük bir eşq alovlanır. Evə qayıtdıqdan sonra ailə-övladlarına deyir: “Əgər razı olsaydınız, Allah evinin ziyarətinə gedər, sizin üçün də dua edərdim.” Xanımı e`tiraz edərək deyir ki, ailən çətinlik içində yaşadığı vaxt ziyarətə getməyi necə rəva bilirsən? Övladlar da ananın dediklərini təsdiq edirlər. Amma Hatəmin kiçik qızı belə deyir: “Bizə ruzi verən Allahdır, atam isə vasitədir. Əgər atam ziyarətə getsə Allah bizə başqa vasitə ilə ruzi yetirər.” Qızcığazın sözləri bütün ailə üzvlərinə tə`sir edir və onlar Hatəmə icazə verirlər.
Beləcə Hatəm Həcc karvanına qoşulub ziyarətə yola düşür. Bu ziyarətin səbəbkarı olan qızcığazı qonşular və yaxınlar çox danlayırlar. Onların fikrincə bu ziyarət səbəbindən ailə böyük çətinliklərə düçar olasıydı.
Hatəmin qızı çox qəmgin olur. Qəm içində üzüldüyü vaxt belə dua edir: “Pərvərdigara! Bunlar Sənin ehsanına adət ediblər, daim ne`mət süfrəndən bəhrələniblər. Məni onların yanında xəcil etmə.”
Bir gün Hatəmin evinin yanından keçən şəhər hakimi onun evinə adam göndərib su istəyir. Hatəmin xanımı öz-özünə deyir: Biz dünən gecə ac yatmışıq, bu gün şəhər hakimi bizə möhtac olub su istəyir.” Hakim yoldaşlarından soruşur ki, bu ev kimindir? Deyirlər ki, Hatəm Əsəmin. Hakim kəmərindəki pul kisəsini çıxarıb Hatəmin həyətinə atır və deyir: “Məni istəyənlər də pul kisələrini atsınlar.” Hamı pul kisəsini çıxarıb həyətə atır.
Bu hadisəni müşahidə edən qızcığaz ağlamağa başlayır...
Karvanda Hatəmdən kasıbı yox idi. Onun nə atı, nə də azuqəsi var idi. Karvanda onu tanıyanlar onun səfər ehtiyaclarını ödəyirlər. Bir gecə Həcc əmiri ağır xəstələnir. Karvanın həkimi onun müalicəsində aciz qalır. Əmir deyir: “Karvanda elə bir hal əhli varmı ki, mənə dua etsin? Bəlkə dua mənə kömək edə!” Deyirlər ki, Hatəm Əsəm karvandadır. Əmir xidmətçiləri göndərib Hatəmi yanına çağırır. Hatəm çadıra daxil olub salam verir. Əmirin yanında əyləşib, ona dua edir. Dua qəbul olunur və əmir sağalır.
Bu hadisədən sonra əmir göstəriş verir ki, Hatəmə minik versinlər və onun Həcc səfərinin xərcini ödəsinlər. Hatəm əmirə təşəkkür edib həmin gecə mehriban Allahı ilə xüsusi raz-niyaz edir. Gecə yatıb yuxuda gördü ki, ona deyirlər: “Ey Hatəm! Bizə e`timad göstərən şəxsin halına lütfümüzü şamil edərik. Ailə-övladından ötəri narahat olma. Onların ehtiyacını ödəmişik.” Yuxudan oyanan Hatəm Allaha həmd-səna oxuyur.
Həcdən qayıdarkən övladları Hatəmin pişvazına çıxırlar. Hatəm körpə qızını qucağına alıb öpür və deyir: “Nə çoxdur batinində böyüklük olan zahirən kiçiklər. Allah yaşın çoxluğuna yox, mə`rifətin çoxluğuna nəzər salır. Allaha mə`rifətli və e`timadlı olun. Çünki Ona təvəkkül edən himayəsiz qalmaz.”318
Dostları ilə paylaş: |