Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə140/193
tarix04.01.2022
ölçüsü2,8 Mb.
#56992
1   ...   136   137   138   139   140   141   142   143   ...   193

Yunusun qövmü


Yunusun onları tərk edib başqa bir diyara köçdüyünü eşidən qövm yəqin etdi ki, qarşıdan əzab gəlir. Aralarındakı rəbbani alim onlara bildirdi ki, qarşıdakı bəladan qurtarmağın yeganə yolu günahların e`tirafı və tövbədir. Beləcə böyük-kiçik, qadın-kişi köhnə libas geyinib, yalın ayaqla tövbə üçün səhraya çıxdılar.

Kişilər ayrıca, qadınlar ayrıca, südəmər körpələr də analarından uzaq bir yerdə yerləşdilər. Hamı bir səslə Allahın dərgahına üz tutaraq raz-niyaza başladı. Onlar deyirdilər: ”Pərvərdigara! Yunus demişdi ki, qulları azad edib savab qazanın. Demişdi ki, biçarələrin fəryadına çatın. İndi isə biz bəndələr çarəsizik və Səndən başqa bir pənahımız yoxdur. Dadımıza çat!”

Bu dualar qəbul olduqdan, əzab buludları rəhmət buludları ilə əvəz olunduqdan sonra şəhər camaatı rahatca evə qayıdıb gündəlik işinə məşğul oldu.

Allaha üz tutmaq, günahları e`tiraf edərək tövbə qılmaq bağışlanmanın tə`sirli amillərindəndir.


Səninlə görüşdə olmaq bircə an

Yüz illik ömürdən üstündür inan.

Hər cilvən danışır əzəmətindən,

Şəm kimi eşqindən alışıram mən.

Turundan kənara götürsəm qədəm,

“Lən tərani” sözün anlaya bilməm.

Pərvanə yanaraq ucaldığı tək

Əbədiyyət verir bu odlu istək.

Doğru yoldan kənar həqiqət nədir,

Gümanların çoxu boş əfsanədir.

Bu pirdə quş könlü saxlayan da Sən,

Çarəsiz anlarda yoxlayan da Sən.

Eşqinlə məst edib, itir özümü,

Dünyaya asudə yumum gözümü.

Sənə aşiq qəlbin bilinməz ömrü,

Yetəsən yetməmiş əcəlin əmri.


“Allahummə fəqbəl uzri, vərhəm şiddətə zurri, fukkəni min şəddi vəsaqi, ya Rəbirhəm zə`fə bədəni, və riqqətə cildi, diqqətə əzmi, ya mən bədəə xəlqi və zikri, və tərbiyəti və birri və təğziyəti, həbni libtidai hərəmikə və salifi birrikə bi.”

(“Pərvərdigara! Üzrümü qəbul et, pisliyi son həddə çatmış halıma rəhm et, əl-ayağımı bağlamış günah zəncirindən məni azad et. Ya Rəbb! Bədənimin zəifliyinə dərimin yuxalığına, sümüklərimin kövrəkliyinə rəhm et.

Ey yaranışın əsasını qoyan, məni yada salan, tərbiyə edən, xeyirxahlıq edib ruzi verən! İndi məni əvvəlki kərəminlə bağışla.”)


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin