Ah-nalə və göz yaşları
Allahın ən böyük ne`mətlərindən biri göz yaşıdır. Ayə və rəvayətlərdə göz yaşı yüksək dəyərləndirilir.353
Həzrət Peyğəmbər (s) buyurur: “Ya Əli, sənə bə`zi xasiyyətləri tövsiyə edirəm...(dördüncüsü) Allah üçün ağlamaq. Hər göz yaşı damlasına görə Behiştdə sənin üçün bina qərar verilər.”354
“Xoş o çöhrənin halına ki, Allah qorxusundan günahına görə ağladığı vaxt Allah o çöhrəyə nəzər sala.”355
“Allah qorxusundan ağlayan gözün hər damlasının mükafatı əməl tərəzisində Uhud dağı tək ağırdır.”356
“Allah qorxusundan gözündən bir damla yaş gələn kəsi Allah Qiyamət qorxusundan amanda saxlayar.”357
Həzrət Əli (ə) buyurur: “...Göz yaşının bir damlası dəryaca odu söndürür. Gözdən yaş gəldiyi zaman çöhrəyə zillət qonmaz, bu yaşlar selləndiyi vaxt bu çöhrəyə atəş haram olar. Əgər bir ümmət içində ağlayan olsa, Allah o ümmətə rəhm edər.”358
Axıt göz yaşını vüsal istəsən,
Titrə yarpaq kimi kamal istəsən.
Yaradan göz yaşın etməmiş hədər,
Şəhid qanı ilə tutmuş bərabər.
Xəstə qəlbə ondan başqa çarə yox.
Allah bir bəndəyə qılsa mərhəmət,
Ona göz yaşını edər inayət.
* * *
Ey quru göz, xəbərsizmisən işdən,
Ölülər dirilir gözdəki yaşdan.
Hicran xeyməsində ağlayan kəsin
Eşidərsən bir zaman gülüş səsin.
Su olmasa bağçada bitərmi gül,
Axıt göz yaşını, ikiqat bükül.
Bu yaşlardan göyərəsi daş-divar,
Demə göz yaşından mə`şuqa nə var?
Ağla, yatmış könül oyansın yetər,
Mərhəmət göstərən sevgi nuş edər.
Yəhya ibn Məaz deyir: “Yuxuda ağladığını görən kəs oyandıqda şad olar. Dünya həyatı yuxu, axirət həyatı isə oyaqlıq kimidir. Axirətdə şad olmaq üçün ağlayın.”
Dostları ilə paylaş: |