Süleyman və kəndli
Əzəmətli səltənət sahibi olan Həzrət Süleyman (ə) yoldan keçərkən bir kəndli öz-özünə dedi: “Mehriban Allah Davudun oğluna böyük səltənət kəramət edib.” Külək bu sözləri Süleymana çatdırdı. Həzrət Süleyman kəndliyə yaxınlaşıb buyurdu: “Gücün çatmayan, məs`uliyyətinə dözə bilmədiyin şeyi arzulama. Əgər Allah bir təsbihini, həmdini qəbul etsə bu sənin üçün Süleymana əta olunmuş dünya ucalığından daha yaxşıdır. Çünki təsbihin savabı baqi, Süleymanın mülkü isə fanidir.”365
Mərhum Səduq “Səvabul-ə`mal” kitabında belə bir maraqlı rəvayət nəql edir:
İsmail ibn Yəsar deyir ki, İmam Sadiq (ə) buyurdu: “Süstlükdən çəkinin. Çünki Allahınız mehribandır və az əmələ görə çox əta edər. Əgər bir şəxs ona vacib olmadığı halda məhəbbətlə iki rə`kət namaz qılsa və məqsədi yalnız Allahın razılığını qazanmaq olsa, Allah onu Behiştə daxil edər. Allahın razılığı üçün bir dirhəm sədəqə verən şəxs də Behiştə daxil edilər. Bir gün qəlbən oruc tutan və bu işlə Allahın razılığını qazanmaq istəyən şəxs də Behişt sakinidir.”366
Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: “Allah üçün Adəm övladından daha dəyərlisi yoxdur. Soruşdular ki, mələklər daha dəyərli deyilmi? Həzrət buyurdu: «Mələklər Günəş və Ay kimi ibadətə məcburdurlar.»
Azadlıq və ixtiyar insana verilmiş ne`mətdir. Əgər o, bu ne`mətdən düzgün istifadə edərsə Allahın rəhmət və kəramətindən faydalanar.
Dostları ilə paylaş: |